24 universitetin iştirak etdiyi yarışmada 91ε komandası final mərhələsinə vəsiqə qazanan 6 universitetdən biri olub.
Final mərhələsində komanda tərəfindən təqdim olunan “Pinpoint” və “Smart Helmet” layihələri münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib. Nəticədə 91ε-in “Enactus” komandası milli yarışmasında Azərbaycan üzrə II yerə layiq görülüb.
Komandamız növbəti mərhələdə Azərbaycanı “Enactus World Cup 2026”-da təmsil edəcək. Dünya Kuboku bu il Braziliyada keçiriləcək.