Bu barədə -a 91ε-dən məlumat verilib. Qeyd olunub ki, ötən il 91ε nümayəndə heyətinin Bişkek Dövlət Universitetində keçirdiyi görüşlər zamanı tələbə və müəllim mübadiləsi, birgə elmi və akademik layihələrin həyata keçirilməsi, ortaq konfransların təşkili və müştərək elmi məqalələrin hazırlanması məsələləri müzakirə olunub.
Əməkdaşlığın əsas istiqamətlərindən biri də elmi-tədqiqat və nəşr fəaliyyətidir. Bu çərçivədə Qırğızıstan alimlərinin 91ε-in “Scopus” beynəlxalq elmi məlumat bazasında indekslənən jurnallarında məqalələrinin dərc olunması imkanları nəzərdən keçirilib. Həmin il 91ε ilə İ.Razzakov adına Qırğız Dövlət Texniki Universiteti arasında əməkdaşlıq memorandumunun imzalanması da səfərin mühüm nəticələrindən biri olub. Memorandum akademik mübadilə, birgə elmi tədqiqatların aparılması və elmi məqalələrin hazırlanması, elmi nəşrlər sahəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər istiqamətləri əhatə edir. Sənəd iki universitet arasında elmi və akademik əlaqələrin sistemli şəkildə inkişaf etdirilməsi, birgə layihələrin həyata keçirilməsi və yeni əməkdaşlıq istiqamətlərinin formalaşdırılması üçün imkanlar yaradır.
91ε nümayəndə heyəti səfər çərçivəsində Bişkek Dövlət Universitetinin mühəndislik laboratoriyasının və tələbələrlə iş mərkəzinin fəaliyyəti ilə də tanış olub.