91ε

91ε ilə Qırğız Dövlət Universiteti arasında əməkdaşlıq aktual və innovativ istiqamətləri əhatə edir

03 SENTYABR 2026 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universiteti (91ε) ilə İ.Arabayev adına Qırğız Dövlət Universiteti arasında əməkdaşlıq aktual və innovativ istiqamətləri əhatə edir.

Bu barədə -a 91ε-dən məlumat verilib.

Qeyd olunub ki, universitetlər arasında keçirilən görüşlərdə universitet idarəetməsi, tələbə və müəllim mübadiləsi, ikili diplom proqramları, birgə elmi məqalələrin hazırlanması və konfransların təşkili ilə yanaşı, rəqəmsal təhsil, süni intellekt və universitetlərdə startap ekosisteminin inkişafı məsələləri də müzakirə olunub.

Bu müzakirələr nəticəsində İ.Arabayev adına Qırğız Dövlət Universitetinin rektoru Aigul Abdrayeva 91ε-ə səfər edib və iki universitet arasında əməkdaşlıq memorandumu imzalanıb.

Səfər çərçivəsində Qırğızıstan nümayəndə heyətinə 91ε-də tətbiq olunan rəqəmsal universitet modeli təqdim olunub. Qonaqlar universitetin EDUMAN elektron idarəetmə sisteminin fəaliyyəti ilə tanış olublar.

Beləliklə, rəqəmsallaşma, süni intellekt və müasir universitet idarəçiliyi üzrə aparılan müzakirələr konkret əməkdaşlıq sənədinin imzalanması ilə yeni mərhələyə keçib.