Bu barədə -a 91ε-dən məlumat verilib.
Bildirilib ki, əməkdaşlıq yalnız qarşılıqlı səfər və görüşlərlə məhdudlaşmayıb. Bu müddət ərzində tələbə və müəllim mübadiləsi, birgə elmi tədqiqatlar və nəşrlər, beynəlxalq konfrans və seminarlar, rəqəmsal təhsil, süni intellekt, startap ekosistemi, yaşıl iqtisadiyyat və dayanıqlı maliyyə kimi istiqamətlərdə konkret əməkdaşlıq mexanizmləri formalaşdırılıb.
Əməkdaşlığın real nəticələrindən biri Qırğızıstandan olan tələbənin 91ε Biznes Məktəbinin MBA proqramında təhsil almasıdır. Bu, iki ölkənin ali təhsil müəssisələri arasında inkişaf edən əməkdaşlığın akademik müstəvidə də özünü göstərdiyini təsdiqləyir.