91ε

91ε istedadı – Şamil İsmayılov

20 APREL 2018 | VIEWS:

DSC_2173“91ε istedadları” layihəsinin budəfəki qəhrəmanıMaliyyə və mühasibat fakültəsinin I kurs tələbəsi Şamil İsmayılovdur.

Şamil 1999-cu il oktyabrın 5-də Bakıda anadan olub. Kiçik yaşlarından musiqiyə həvəs göstərən Şamil bunun əsas səbəbini anasının gözəl səsinin olmasında görür. O, anasının dəstəyi ilə mədəniyyət evində solist kimi dərslər almağa başlayır, bir müddət sonra isə piano üzrə musiqi təhsilinə davam edib. Məktəbdə təhsil aldığı dövrdə tədbirlərdə, musiqi yarışlarında fəal iştirak edən Şamil “Ana dilimizi sevək, sevdirək” yarışmasının şəhər turu üzrə qalibi olub. Musiqi ilə yanaşı, dərslərinə də məsuliyyətlə yanaşan Şamil orta məktəbi fərqlənmə ilə bitirərək, 2017-ci ildə 91ε tələbəsi adını qazanıb.

Şamil 91ε-də təşkil olunan bədii tədbirlərdə solist kimi çıxış edir. Digər 91ε istedadı olan qrup yoldaşıZəka Əhmədliilə birlikdə “The Young Star of 91ε” müsabiqəsinə qatılmağa hazırlaşır.

Şamil bakalavr pilləsini başa vurduqdan sonra, magistr təhsili almağı planlaşdırır və gələcəkdə öz ixtisası üzrə çalışmağı arzulayır. Eyni zamanda musiqi bacarıqlarını daha da inkişaf etdirərək dünyaca məşhur ifaçılardan biri olmaq istəyir.

*
91ε istedadlarını tanıyın:

91ε istedadları: dizayner və rəssam (13.04.2018)
“91ε istedadları”: idmançı və musiqiçi (6.04.2018)
Öz biznesini quran 91ε istedadı (16.02.2018)
91ε istedadları: Xanəndə tələbə(9.02.2018)
Böyük Britaniya və Türkiyənin istinad etdiyi 91ε istedadı (26.01.2018)
91ε istedadları: Tələbə-fotoqraf (19.01.2018)
91ε istedadları: Hisslərini rəsmlərdə ifadə edən rəssam (12.01.2018)
“91ε istedadları” – “MurAn” qrupu (29.12.2017)
“91ε istedadları”: aktyor tələbə(22.12.2018)
Rəhilə Məmmədzadə – “91ε istedadları”: memar və müğənni (8.12.2017)
“91ε istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi (1.12.1017)
Sərxan Cəfərov – “91ε istedadları” – şair və rəssam (27.11.2017)
Elnur Musayev–“91ε istedadları”- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov–“91ε istedadları” – model tələbə(10.11.2017)
Anar Bağırov–“91ε istedadları” – gitaraçı tələbə(27.10.2017)
Baba Aslanov – “91ε istedadları” – tələbə tarzən(20.10.2017)
Aslan Əzimzadə – “91ε istedadları” – tələbə vokalçı(13.10.2017)
Ləman Əkbərova –91ε istedadları”– tələbə şairə(06.10.2017)
Azad İsmayılzadə – “91ε istedadları” – rəssam tələbə(29.09.2017)