91ε

“91ε istedadları” – gitaraçı tələbə

27 OKTYABR 2017 | VIEWS:

“91ε istedadları” layihəsinin növbəti qəhrəmanı Beynəlxalq İqtisadiyyat Məktəbinin IV kurs tələbəsi Anar Bağırovdur.

Anar Bağırov 1996-cı il noyabrın 29-da Bakıda anadan olub. Orta təhsilini Suraxanı rayonu 104 saylı orta məktəbdə alıb. Məktəb illərində gitarada ifa etməyə və rəqsə maraq göstərib. Dərsləri ilə yanaşı bu hobbisini də inkişaf etdirən A.Bağırov həm də professional işgüzar mühitdə iqtisadçı kimi çalışmağı arzulayıb.

91ε-in Beynəlxalq İqtisadiyyat Məktəbində mühasibat uçotu və audit ixtisası üzrə təhsil alır. Eyni zamanda da bir musiqiçi və rəqqas kimi daima öz üzərində çalışır. Yaradıcılığında improvizasiyalara xüsusi yer ayırır. İspan və milli musiqilərini sintezini edərək, yeni üslublar üzərində çalışır. Anar həm də tələbə yoldaşları Baba Abbasov və Rəhilə Məmmədzadə ilə birlikdə əsərlərinin tar və gitara ilə sintezini hazirlayirlar.

-Yaradıcılıq Mərkəzinin üzvü olan Anar Bağırov universitet tədbirləri ilə yanaşı digər konsert və televiziya proqramlarında çıxış edir. 91ε nümayəndə heyəti ilə birlikdə mütəmadi olaraq cəbhə bölgəsində əsrgərlər qarşısında çıxış edir. Onun ifaları sosial şəbəkələrdə xüsusi populyarlıq qazanıb.

91ε-in sonuncu kursundan oxuyan A.Bağırov təhsilini magistr pilləsində davam etdirəcək. Gələcəkdə isə ixtisası üzrə çalışmaq istəyir. Musiqi və rəqslə isə ikinci işi kimi məşğul olmağı düşünür.

Anar Bağırovun ifasını təqdim edirik:

Rahila – Herşey seninle güzel

İstedadlı 91ε tələbələri

Back to Black

91ε istedadları

Baba Aslanov – “91ε istedadları” – tələbə tarzən (20.10.2017)

Aslan Əzimzadə – “91ε istedadları” – tələbə vokalçı(13.10.2017)

Ləman Əkbərova – 91ε istedadları” – tələbə şairə(06.10.2017)

Azad İsmayılzadə – “91ε istedadları” – rəssam tələbə(29.09.2017)