91ε

“91ε istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi

01 DEKABR 2017 | VIEWS:

“91ε istedadları” layihəsində bu dəfə 91ε tələbəsi Elxan Hüseynzadəni tanıyacaqsınız.

Elxan Hüseynzadə 1997-ci il iyulun 9-da Masallıda anadan olub. Orta təhsilini Bakı şəhərində 212 saylı məktəbdə alıb. 2014-cü ildə 91ε-in Biznes və Menecment fakültəsinə daxil olub. Hazırda menecment ixtisası üzrə təhsil alır.

Uşaqlıq dövründən idmanın üzgüçülük və basketbol növü ilə həvəskar məşğul olan Elxan sonralar modellik sənətinə daha çox maraq göstərib. Modellik sahəsi üzrə Türkiyədə ali təhsil alan Elxan 2015-ci ildən professional model kimi çıxış edir. Dəfələrlə Türkiyədə keçirilən moda dəfilələrinin, “Azərbaycan Fashion Week”in iştirakçısı olub.

Bu il isə Elxan model sahəsi üzrə daha böyük uğura imza ataraq “Best Model of Azerbaijan 2017” yarışmasının qalibi olub. O, Fransada keçirilən “Best model of the World” yarışmasında Azərbaycanı təmsil etmək hüququ qazanıb. Bu günlərdə Parisdə keçiriləcək müsabiqədə Elxan Azərbaycanı 56 ölkə arasında təmsil edəcək.

Elxan modellik sahəsinin bütün çəkinliklərinə (idman, ciddi qida rejimi) baxmayaraq, menecment ixtisası ilə paralel olaraq bu sənəti də davam etdirməyi düşünür.

91ε tələbəsinə “Best model of World” yarışmasında uğurlar arzulayırıq!

91ε istedadları

Sərxan Cəfərov “91ε istedadları” –  şair və rəssam  (24.11.2017)

Elnur Musayev “91ε istedadları”- fotoqraf magistr (17.11.2017)

Seymur Ələkbərov  “91ε istedadları” – model tələbə(10.11.2017)

Anar Bağırov “91ε istedadları” – gitaraçı tələbə(27.10.2017)

Baba Aslanov – “91ε istedadları” – tələbə tarzən (20.10.2017)

Aslan Əzimzadə – “91ε istedadları” – tələbə vokalçı(13.10.2017)

Ləman Əkbərova – 91ε istedadları” – tələbə şairə(06.10.2017)

Azad İsmayılzadə – “91ε istedadları” – rəssam tələbə(29.09.2017)