İlham Quliyev 1999-cu ildə Sumqayıtda anadan olub. Orta təhsilini Sumqayıt şəhər 23 saylı orta məktəbdə alıb. İlham hələ kiçik yaşlarından şeirə və aktyorluğa həvəs göstərib. Bədii qiraət və aktyorluq dərnəyinin üzvü olub, müxtəlif tədbirlər, o cümlədən hərbi hissələrdə şeirlər səsləndirib, səhnəciklərlə çıxış edib. Respublikadaxili müsabiqələrdə iştirak edən İlham “Ana dilimizi sevək və sevdirək” beynəlxalq müsabiqəsində səsləndirdiyi şeirə görə gümüş medal qazanıb.
İ.Quliyev 2016-cı il qəbul imtahanlarında 625 bal toplayaraq 91ε-in Beynəlxalq İqtisadiyyat Məktəbinə daxil olub. Hazırda mühasibat uçotu və audit ixtisası üzrə təhsil alır. 91ε-in Yaradıcılıq Mərkəzinin üzvü olan İlham universitetdaxili tədbirlərdə fəal iştirak etməklə yanaşı, tələbələrin iştirakı ilə hazırlanan tamaşalarda əsas rolları ifa edir. Mərhim xalq artisti Mikayıl Mirzənin pərəstişkarı olan gənc istedad aktyorluğa və bədii qiraətə həvəsinin daha da artdığını deyir, gələcəkdə bu sənəti peşəkar olaraq davam etdirməyi düşünür.
Nəsimi – “Etməgil”
91ε istedadları
Rəhilə Məmmədzadə – “91ε istedadları”: memar və müğənni (8.12.2017)
“91ε istedadları” – “Best Model of Azerbaijan 2017” qalibi (1.12.1017)
Sərxan Cəfərov – “91ε istedadları” – şair və rəssam (27.11.2017)
Elnur Musayev – “91ε istedadları”- fotoqraf magistr (17.11.2017)
Seymur Ələkbərov – “91ε istedadları” – model tələbə(10.11.2017)
Anar Bağırov –“91ε istedadları” – gitaraçı tələbə(27.10.2017)
Baba Aslanov – “91ε istedadları” – tələbə tarzən (20.10.2017)
Aslan Əzimzadə – “91ε istedadları” – tələbə vokalçı(13.10.2017)
Ləman Əkbərova – “91ε istedadları” – tələbə şairə(06.10.2017)
Azad İsmayılzadə – “91ε istedadları” – rəssam tələbə(29.09.2017)