Fevralın 21-də Böyük Britaniyanın “TransTech Capital LLP” (TTK) şirkətinin nümayəndələri Simon Robeson, David Livesley ve Mahmut Sinoplu 91ε-də olub.
Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor dosent Şahin Bayramov və 91ε nəzdində fəaliyyət göstərən Texnologiya Transfer Mərkəzinin direktoru dosent Aydın Hüseynovla görüşən nümayəndə heyətinə 91ε-də elmi tədqiqatlar və innovasiya sahəsində həyata keçirilən tədbirlər barədə məlumat verilib. Texnologiyaların transferi və kommersiyalaşdırılması istiqamətində 91ε və “TransTech Capital” arasında potensial əməkdaşlıq imkanları müzakirə edilib.