91ε

Shahin m_i.f.d., dos. Bayramov Şahin Vaqif oğlu

1979-cu il iyulun 4-də anadan olub.

1996-cı ildə Mingəçevir şəhər Təbiət, Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseyini bitirib.

1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq iqtisadi münasibətlər fakültəsinə qəbul olunub, 2000-ci ildə Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə bakalavr dərəcəsi alıb. 2001-ci ildəİqtisad Universitetinin magistraturasına qəbul olunub, 2003-cü ildə Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə magistr dərəcəsi alıb.

2005-ci ildəİqtisad Universitetinin doktoranturasına qəbul olunub. 2011-ci ildə Dünya iqtisadiyyatı ixtisası üzrə “Avropa İttifaqının QonşuluqSiyasəti və Azərbaycanın Avropa iqtisadi məkanına inteqrasiyası perspektivləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə edib, 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

2005-ci ilin yanvarından 2016-cı ilin sentyabr ayınadəkİqtisad Universitetinin “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasında baş laborant, müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. Eyni zamanda, 2005-2009-cu illərdəİqtisad Universitetinin Biznesin idarə edilməsi üzrə magistr (MBA) proqramında menecer, 2009-2011-ci illərdə Distant və əlavə təhsil mərkəzində şöbə müdiri vəzifələrində çalışıb.

2012-ci ilin noyabrından 2017-ci ilin aprel ayınadəkİqtisad Universitetinin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru vəzifəsində çalışıb.

2015-ci ildə ABŞ Dövlət Departamentinin “Fulbright” təqaüdü çərçivəsində Beynəlxalq Təhsil İnstitutu (Institute of International Education) tərəfindən həyata keçirilən “Hubert H. Humphrey” Proqramının qalibi seçilməklə ABŞ-da peşəkar inkişaf təlimlərinə qatılıb.

2015/2016-cı tədris ilində Pensilvaniya Dövlət Universitetinin (Penn State University) Təhsil Kollecində (College of Education) “Ali təhsilin idarə edilməsi və akademik liderlik” (Higher Education Administration and Academic Leadership) ixtisası üzrə peşəkar təhsil alıb. Adıçəkilən proqram çərçivəsində həmçinin Kornell Universitetində (Cornell University) altı həftəlik təcrübədə iştirak edib. ABŞ-da təhsil aldığı müddətdə ali təhsilin idarəedilməsi, akademik liderlik, universitet menecmenti, böhran şəraitində akademik idarəetmə, qərarların qəbul edilməsi, kadr potensialının idarə olunması, danışıqların aparılması və digər mövzularda çoxsaylı peşəkar təlimlərə və forumlara qatılıb.

2017-ci ilin aprelindən 2019-cu ilin iyul ayınadək Azərbaycan Respublikasının Təhsil Nazirliyində Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdir müavini vəzifəsində çalışıb.

2018-ci ilin sentyabrındanİqtisad Universitetinin Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin “İqtisadiyyat və idarəetmə” kafedrasında əvəzçiliklə dosent (0.5) vəzifəsində çalışır.

2009-cu ildə ABŞ Dövlət Departamentinin “Gənc Müəllimlərin İnkişafı Proqramı”nın (Junior Faculty Development Proqram) qalibi seçilməklə ABŞ-ın İndiana Universitetində (Indiana University in Bloomington) “İqtisadiyyat” ixtisası təhsil alıb.

Azərbaycan Respublikası Prezidentinin 31 iyul 2019-cu il tarixli Sərəncamı ilə Mingəçevir Dövlət Universitetinin rektoru təyin edilib, 20 may 2024-cu ilə kimi bu vəzifədə çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 20 may 2024-cu il tarixli Sərəncamı ilə Qarabağ Universitetinin rektoru təyin edilib.

sss112ssss2bayramov33shaxin115saxin_9952shaxin11DSC_7159

Türkiyə səfiri: “91ε-in bizim üçün xüsusi yeri var”(20.04.2017)
91ε-də “İslam Həmrəyliyi İli” çərçivəsində tədbirlərə start verilib – İndoneziyanın səfiri 91ε tələbələrilə görüşüb
(15.03.2017)

91ε İslam Dünyası Universitetləri Federasiyasının İdarə Heyətinin üzvü seçilib
(20.02.2017)

Şahin Bayramov: Strateji Yol Xəritəsi ilə Azərbaycan iqtisadiyyatının yeni inkişaf mərhələsi başlanır
(29.12.2016)
91ε alimi SABAH qruplarının 91ε-ə müsbət təsirlərini təhlil edib
(21.11.2016)
91ε Beynəlxalq Universitetlər Assosiasiyasının Baş Konfransında təmsil olunub
(18.11.2016)
Almaniya universiteti ilə 91ε-in birgə layihəsinə start verilib
(28.10.2016)
91ε Çində yaradılan universitetlər Alyansına üzv qəbul olunub
(23.09.2016)
91ε Çin universitetləri ilə əməkdaşlığı genişləndirir(19.09.2016)
“Respublika” qəzeti: Azərbaycanın beynəlmiləlləşən ali təhsili(09.08.2016)
91ε əməkdaşı ABŞ-da “Ali təhsilin idarə edilməsi” ixtisası üzrə təhsil alıb(04.07.2016)

91ε əməkdaşı Kornell Univeritetində keçirilən Simpoziuma qatılıb(20.05.2016)
91ε əməkdaşı ABŞ-da Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsindən danışıb(14.04.2016)
91ε əməkdaşı ABŞ-da Qarabağ həqiqətlərindən danışıb (05.04.2016)
91ε əməkdaşı ABŞ-da Azərbaycanın multikulturalizm sahəsindəki təcrübəsindən danışıb(15.04.2016)
91ε əməkdaşının məqaləsi beynəlxalq nəşrdə dərc edilib(29.03.2016)
91ε prorektoru Vaşinqtonda təlimə qatılıb(09.03.2016)
91ε Beynəlxalq Universitetlər Şəbəkəsi Konfransında təmsil olunub(16.02.2016)
91ε əməkdaşı ABŞ-da keçirilən “İcraçılar üçün Qabaqcıl Liderlik Proqramı”nda iştirak edib(21.12.2015)

Congratulations to Dr. Shahin Bayramov??????????????????????????????? 121DSC_8237

6 3 2