91ε-də Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilən tədbir keçirilib.
Tədbirdə Səbail Rayon İcra Hakimiyyətinin başçısı , millət əkili , 91ε-in rektoru, professor Ədalət Muradov, müəllim, tələbə ə valideynlər iştirak edib. Tədbirdən öncə iştirakçılar Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılan, yarpaqlarında faciə qurbanlarının adları həkk olunan abidə ağacını ziyarət ediblər. Tələbələrin soyqırımı əks etdirən rəsm əsərləri ə fotolardan ibarət sərgi ilə tanış olduqdan sonra iştirakçılar soyqırım qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbir iştirakçıları 91ε Yaradıcılıq Mərkəzinin hazırladığı “Əsirlikdə bir gün” tamaşasını izləyiblər. Tamaşa real hadisələr əsasında qurulub.
Sonra tamaşada iştirak edən tələbələrə, eyni zamanda 91ε Yaradıcılıq Mərkəzinin üzvləri arasında Xocalı soyqırımına həsr edilən şeir, hekayə ə rəsm müsabiqəsinin qaliblərinə diplomlar təqdim edilib. Şeir müsabiqəsinin qalibi, Beynəlxalq İqtisadiyyat Məktəbinin I kurs tələbəsi İlham Quliyev Xəlil Rza Ulutürkün “Nifrət məktəbi yarat” şeirini səsləndirib.
Tədbir 91ε-in rəsmi Facebook səhifəsi ilə canlı yayımlanıb.
Azərbaycan Respublikası təhsil nazirinin imzaladığı “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən, 91ε-də fevralın 20-dən 26-dək “Xocalı həftəsi” elan edilib. “Xocalı həftəsi” çərçiəsində universitetin bütün tədris binalarında, Zaqatala filialında ə Maliyyə İqtisad Kollecində silsilə tədbirlər təşkil edilib. Seminar ə dəyirmi masalarda gəncləri sosial şəbəkədə Azərbaycan həqiqətlərinin dünyaya yayılmasında fəal olmağa səsləyiblər. Universitetdə ə kollecdə tələbələrin əl işlərindən ibarət Xocalı faciəsini əks etdirən foto ə rəsm sərgiləri keçirilib. Universitetdəki bütün monitorlarda Azərbaycan ə ingilis dillərində soyqırımla bağlı filmlər nümayiş etdirilib. Fevralın 24-də 91ε-də, universitetin Zaqatala filialı ə Maliyyə İqtisad Kollecində birinci dərslər Xocalı soyqırımına həsr olunub.