Kodeks 91ε-in Sİ dövründə fəaliyyətinin əsas prinsiplərini müəyyənləşdirir. Universitet Sİ-yə qadağan edilməli texnologiya kimi deyil, insanın imkanlarını gücləndirən tərəfdaş kimi yanaşır. Burada məqsəd Sİ-nin insanın düşünmə və qərarverməsini əvəzləməsi deyil, “İnsan + Sİ + İnsan” modelinin formalaşdırılmasıdır.
Sənəd akademik dürüstlük, məxfilik, məlumat təhlükəsizliyi ilə yanaşı, tənqidi düşünmə, müstəqil qərarvermə, yaradıcılıq və real problemlərin həllinə əsaslanan yeni təhsil mədəniyyətini təşviq edir. Eyni zamanda Sİ ilə işləyən universitet mədəniyyətinin əsas prinsiplərini də müəyyənləşdirir.
Kodeks sillabuslarda Sİ-dən istifadəyə dair qaydaların müəyyənləşdirilməsinə, müəllimlərin Sİ savadlılığının artırılmasına, qiymətləndirmədə yeni yanaşmaların tətbiqinə, təhlükəsiz Sİ infrastrukturunun formalaşdırılmasına və s. institusional nəzarətin təmin edilməsini nəzərdə tutur.
Bu baxımdan sənəd 91ε-in yalnız Sİ-dən istifadəyə dair etik kodeksi deyil, “Süni İntellekt dövründə universitet modeli”nə keçid sənədidir.