Görüşdə dekanlıq əməkdaşları, kafedra müdiri, ixtisas rəhbərləri, qrup mentorları və tələbə təşkilatlarının fakültə üzrə nümayəndələri iştirak ediblər.
Tədbirin açılışında fakültəyə qəbulun nəticələri barədə məlumat verilib. Bildirilib ki, bu il Mühəndislik fakültəsinin 6 ixtisasına 24-ü əcnəbi olmaqla, 323 tələbə qəbul olub. Fakültə üzrə ən yüksək qəbul bal (626,4) “Elektrik və elektronika mühəndisliyi” ixtisasında (tədrisi ingilis dilində) olub.
Tələbələrə xüsusi təqaüd proqramları, beynəlxalq mübadilə imkanları, UDİD və minor proqramları, startap təşəbbüsləri, kitabxana və idman infrastrukturu, eləcə də tələbə təşkilatlarının fəaliyyəti, tədris laboratoriyaları haqqında məlumat verilib.
Görüşdə həmçinin, Türkiyənin Ege Universiteti ilə birgə həyata keçirilən “Qida mühəndisliyi” ixtisası üzrə ikili diplom proqramına qəbul olunan I kurs tələbələri üçün xüsusi təqdimat keçirilib. Tələbələr proqramın təhsil imkanları və üstünlükləri ilə tanış olublar. Bildirilib ki, proqram çərçivəsində tələbələr I və IV kurslarda 91ε-də, II və III kurslarda isə Ege Universitetində təhsil alacaqlar, məzun olduqda hər iki universitetin diplomunu əldə edəcəklər.
Sonra tələbələrin sualları cavablandırılıb.