Görüşlərdə Maliyyə və mühasibat fakültəsinin dekanı dosent Hafis Hacıyev, “Maliyyə və audit” kafedrasının müdiri professor Əvəz Ələkbərov və fakültə əməkdaşları tələbə adını qazanmış gəncləri təbrik edərək, onları qarşıda gözləyən yeni təhsil mərhələsinin yaratdığı imkanlar və üzərlərinə düşən məsuliyyətlər barədə məlumatlandırıblar, müasir əmək bazarının tələblərinə uyğun bilik və bacarıqlara yiyələnməyin, peşəkar inkişaflarını davamlı şəkildə təmin etməyin vacibliyini vurğulayıblar və gələcəkdə yüksək ixtisaslı maliyyə və mühasibatlıq mütəxəssisləri kimi formalaşaraq ölkənin sosial-iqtisadi inkişafına və iqtisadi potensialının gücləndirilməsinə mühüm töhfələr verəcəklərinə əminliklərini ifadə ediblər.
Fakültə dekanı dosent Hafis Hacıyev çıxış edərək 2026/2027-ci tədris ilində fakültəyə “Maliyyə” ixtisası üzrə 300 tələbə, “Mühasibat” ixtisası üzrə isə 224 tələbə olmaqla ümumilikdə 524 tələbənin qəbul olunduğunu, 4 tələbənin 600 və daha yuxarı bal topladığını, “Maliyyə” ixtisası üzrə minimal keçid balının 499,5 bal, “Mühasibat” ixtisası üzrə minimal keçid balının isə 367,1 bal olduğunu qeyd edib. H.Hacıyev görüşlərdə “Maliyyə” ixtisası üzrə ən yüksək balın (626,3 bal) Yasin Cəfərov tərəfindən, “Mühasibat” ixtisası üzrə ən yüksək balın (497,3 bal) isə Gülay İmanova tərəfindən topladığını, fakültəyə qəbul olan tələbələrdən 15 nəfərin əcnəbi vətəndaş olduğunu vurğulayıb.
GörĂĽĹźlÉ™rdÉ™ tÉ™lÉ™bÉ™lÉ™rÉ™ Universitetin vÉ™ fakĂĽltÉ™nin infrastrukturu, tÉ™hsil aldıqları ixtisasların xĂĽsusiyyÉ™tlÉ™ri vÉ™ ĂĽstĂĽnlĂĽklÉ™ri, 91µÎµÎ-dÉ™ tÉ™tbiq edilÉ™n tÉ™hsilin idarÉ™etmÉ™ sistemi, akademik tÉ™qvim, tÉ™dris prosesinin vÉ™ imtahanların təşkili, hÉ™yata keçirilÉ™n tÉ™qaĂĽd, mĂĽbadilÉ™ vÉ™ beynÉ™lxalq ikili diplom, UDİD vÉ™ MİNOR proqramları, “Bir pÉ™ncÉ™rə” xidmÉ™ti, Kitabxana-İnformasiya MÉ™rkÉ™zi, Psixoloji XidmÉ™t MÉ™rkÉ™zi, fÉ™aliyyÉ™t göstÉ™rÉ™n tÉ™lÉ™bÉ™ təşkilatları vÉ™ s. barÉ™dÉ™ É™traflı mÉ™lumat verilib.
Tədbirin sonunda tələbələrin fikirləri dinlənilib və onları maraqlandıran suallar cavablandırılıb.