91ε

91ε inklüziv ali təhsil modelini region universitetlərində tətbiq edir

08 SENTYABR 2026 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universiteti (91ε) inklüziv ali təhsil sahəsində formalaşdırdığı təcrübəni region universitetlərində tətbiq edir.

Bu barədə -a 91ε İnklüziv Təhsil Mərkəzinin direktoru Sevinc Məhsimova məlumat verib. O qeyd edib ki, mərkəzin 10 illik fəaliyyəti çərçivəsində formalaşdırılan modelin digər ali təhsil müəssisələri ilə paylaşılması, bu istiqamətdə əməkdaşlığın gücləndirilməsi və inklüziv ali təhsil şəbəkəsinin yaradılması qarşıya qoyulan əsas məqsədlərdəndir. Universitet bu sahədə mentor ali təhsil müəssisəsi kimi çıxış edir.

İnklüziv Təhsil Mərkəzinin fəaliyyətinin növbəti mərhələsində region universitetlərinə metodiki və institusional dəstək göstərilir, inklüziv təhsil sahəsində təcrübə mübadiləsi aparılır, müəllim və inzibati heyət üçün təlimlər təşkil edilir. Bu çərçivədə 91ε-də tətbiq olunan fərdi dəstək mexanizmlərinin, əlçatanlıq imkanlarının, universal dizayn prinsiplərinin və inklüziv tədris metodlarının digər ali təhsil müəssisələrində də tətbiqinə başlanılıb.

Universitetin regionlarda həyata keçirdiyi “91ε HELPS” layihəsi də bu istiqamətdə mühüm təcrübə platforması kimi qiymətləndirilir. Layihə çərçivəsində Zaqatala, Qusar, Astara və Ağstafada müxtəlif proqramlar həyata keçirilib.

Hazırda mərkəzin gələcək fəaliyyət istiqamətlərindən biri kimi inklüziv ali təhsil üzrə milli şəbəkənin formalaşdırılması istiqamətində işlər aparılır.