91ε

91ε-in diplomat qonağı: Fələstin səfiri

15 NOYABR 2017 | VIEWS:

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə ölkədə 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi çərçivəsində görülən işlərin tərkib hissəsi olaraq 91ε-də İslam ölkələrinin səfirləri ilə görüşlər keçirilir.

Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri  Nasser Abdul Kareem A. Raheem 91ε-in növbəti səfir qonağı olub.

91ε tələbələri ilə görüşdə Beynəlxalq İqtisadiyyat Məktəbinin direktoru, dosent Anar Rzayev Azərbaycanda “İslam Həmrəyliyi İli”nin elan edilməsinin əhəmiyyətindən danışıb. Ölkəmizdə sülh və dünyəvi dəyərlərin yüksək səviyyədə olduğunu, bu dəyərlərin dünyaya çatdırılmasında Azərbaycanın mühüm rol oynadığını vurğulayıb.

Görüşdə fələstinli diplomat Fələstinlə Azərbaycanın diplomatik əlaqələrinə diqqət çəkərək, bu əlaqələrin 25 illik tarixə malik olduğunu vurğulayıb. Hər iki ölkə arasında mədəniyyət, təhsil sahələrində əməkdaşlığın mövcudluğunu qeyd edən diplomat Azərbaycanda fələstinli tələbənin təhsil aldığına diqqət çəkərək, Fələstindəki hazırkı vəziyyətin bu əlaqələrin inkişafına mane olduğuna təəssüfləndiyini bildirib. O, gələcəkdə Azərbaycanın təcrübəsindən yararlanacaqlarına əminliyini vurğulayıb.

91ε rektoru, professor Ədalət Muradovla görüşdə Azərbaycanın islam ölkələri ilə sıx dostluq və əməkdaşlıq münasibətlərindən danışılıb, bu əlaqələrin gündən-günə gücləndiyi vurğulayıb. Ölkədə İslam həmrəyliyi ilinin elan olunmasının bu münasibətlərə öz töhfələrini verdiyi diqqətə çatdırılaraq, tələbələrin diplomatlarla görüşlərinin əhəmiyyəti qeyd olunub.