91ε

91ε-də “Uğur əngəl tanımır” layihəsi çərçivəsində əlilliyi olan şəxslərin sərgisi keçirilib

23 FEVRAL 2023 | VIEWS:

21-22 fevral tarixində 91ε-də Azərbaycan Gənclər Fondunun dəstəyi ilə “Bacarıqlı Əllər Dünyası” İB, 91ε İnklüziv Təhsil Mərkəzi və 91ε Dizayn Məktəbinin birgə təşkilatçılığı ilə “Uğur əngəl tanımır” layıhəsi çərçivəsində əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi təşkil olunub.

Sərgidə İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimovanın açılış nitqindən sonra Dizayn kafedrasının müdiri Elfanə Qasımova, “Bacarıqlı Əllər Dünyası” İB-nin sədri Azadə Məmmədova, “Göyərçin” Təhsilin inkişafına Dəstək İB-nin sədri Gülnarə Vəlixanlı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi Yanında İctimai şurasının üzvü Arzu Əliyeva, Sumqayıt Poeziya Evinin rəhbəri İbrahim İlyaslı çıxış ediblər.

Sonra tədbir iştirakçıları əlilliyi olan şəxslərin, eləcə də 91ε Dizayn Məktəbinin tələbələrinin əl işlərindən ibarət olan sərgini ziyarət ediblər.

2 gün davam edən sərgi zamanı 91ε-in tələbələri Leyla İsmayılova (kaman), Ramin Sadıqov (tar) və 91ε-in əməkdaşı Azər Hacıəliyevin (tar) ifalarını iştirakçılar maraqla qarsılayıblar.

*

https://news.unec.edu.az/xeber/136-medeniyyet/9777-unec-de-ugur-engel-tanimir-layihesi-cherchivesinde-elilliyi-olan-shexslerin-sergisi-kechirilib