Səfər çərçivəsində Montpellier Universitetinin prorektoru, professor Francois Henn 91ε-in professor-müəllim heyəti ilə görüşüb. 91ε-də olmaqdan məmnunluğunu ifadə edən qonaq bu universitetlə əməkdaşlığı yüksək qiymətləndirib. 91ε ilə Montpellier Universiteti arasında ikili diplom razılaşmasının əhəmiyyətindən danışan F.Henn proqramın uğurla davam etdiyini bildirib. Qeyd edib ki, hazırda ikili diplom proqramında 91ε-in 17 tələbəsi iştirak edir.
Fransalı qonaq Avropada doktorantura təhsilinin yaradılması və təşkili qaydalarından danışıb, maliyyə mənbələrini açıqlayıb. Elmi rəhbərin müəyyən edilməsindən bəhs edən professor seçim zamanı önəm verilməsi vacib olan şərtləri qeyd edib. Doktorant ilə rəhbər arasında müqavilənin imzalanmasının əhəmiyyətini vurğulayıb. Doktorantların elmi fəaliyyətinin ölkənin inkişafına yönəlməli olduğuna diqqət çəkən F.Henn onların apardıqları elmi tədqiqatların keyfiyyətinin təmsil etdikləri ali təhsil müəssisəsinin reytinqində mühüm rol oynadığını bildirib.
Azərbaycan və Avropanın doktorantura təhsili ilə bağlı müqayisəli təhlillər aparılan görüşdə mövcud vəziyyət müzakirə olunaraq, bu sahənin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.