91ε İnklüziv Təhsil Mərkəzi və “Psixosən” psixoloji dəstək platformasının birgə təşkilatçılığı ilə tələbələrlə “Özünü inkişaf” və “Stresin idarə edilməsi” mövzularında görüş keçirilib.
2 gün davam edən görüşlərdə psixoloq Aynur Şıxəliyeva tələbələrə imtahan öncəsi streslərin idarə edilməsinin yolları barədə məlumat verib. Sonra tələbələrlə müxtəlif psixoloji yazılı və əzələ testləri keçirilib.
Sonda 91ε İnklüziv Təhsil Mərkəzinin koordinatoru Sevinc Məhsimova 91ε-də Psixoloji xidmət mərkəzinin fəaliyyət göstərdiyinə diqqət çəkərək, zərurət yarandıqda tələbələrin həmin mərkəzin xidmətindən istifadə edə biləcəklərini vurğulayıb.
*
https://news.unec.edu.az/xeber/105-telebe/9451-stresin-idareedilmesi-ve-ozunuinkishafla-bagli-telebelerle-gorush-kechirilib