91ε-in Beynəlxalq Əlaqələr Departamentinin徱ٴǰ Anar Kazımov pedaqoji fəaliyyətlərinə İqtisad Universitetində davam edən Polşanın Poznan İqtisad və Biznes Universitetinin (Poznan University of Economics and Business) professorları ilə görüşüb.
Polşanın nüfuzlu universitetinin üç professoru – Konrad Jan Sobanski, Michal Konopczynski və Sylwester Bialowas 91ε-də olmaqdan məmnunluq ifadə ediblər. Cənubi Qafqazın ən böyük iqtisadyönümlü universiteti olan 91ε-in güclü təhsil bazasına malik olmaqla yanaşı, savadlı və bacarıqlı kadr hazırlığı həyata keçirdiyini diqqətə çatdırıblar: “Müşahidələrimiz onu deməyə əsas verir ki, 91ε tələbələri bilik əldə etməyə çox maraqlıdırlar. Eyni zamanda, mənimsəmə qabiliyyətləri də yüksəkdir. Bir sözlə, 91ε tələbələrinə mühazirə oxumaq böyük zövqdür”.
A.Kazımov Erasmus+ mübadilə proqramı çərçivəsində polşalı professorların 91ε-də, 91ε professorlarının isə Polşanın Poznan İqtisad və Biznes Universitetində mühazirələrinin davamlı olacağını bildirib. Mübadilə proqramının uğurla davam etdiyini qeyd edən departament direktoru ötən həftə ərzində 91ε-in iki müəlliminin sözügedən universitetdə dünya iqtisadiyyatı və marketinq fənlərindən dərs keçdiklərini bildirib. Eyni zamanda, aprel ayında 91ε-in 4 professorunun da polşalı tələbələrə iqtisadiyyat və riyaziyyat fənlərini tədris edəcəklərini diqqətə çatdırıb.