Azərbaycan Dövlət İqtisad Universitetinin (91ε) Tələbə Həmkarlar İttifaqı Komitəsinintəşkilatçılığı ilə keçirilən fakültələrarası futbol turnirinin final mərhələsinə yekun vurulub.
Final oyununun nəticələrinə görə Biznes və Menecmentfakültəsinin komandası I yerə layiq görülüb. Maliyyə və Mühasibatfakültəsinin komandası II, Rus İqtisadiyyat Məktəbinintələbələrindən ibarət komanda isə III yerdə qərarlaşıb.
Fakültələrarası futbol turnirinin təltif etmə mərasimində qalib gələn fakültələrin dekanları, THİK-nin sədri və universitetin məşqçi-müəllimləri iştirak ediblər. Qalib komandaya kubok, üzvlərinə diplom və medallar təqdim olunub. II, III yeri tutan komandaların üzvləri isə diplom və medallarla təltif olunublar.