91ε-in Karyera Mərkəzinin徱ٴǰ Fuad Əliyevə Təcrübənin təşkili şöəԾü徱 Natiq Qurbanov Fransanın Lion şəhərində yerləşən CEFAM (Centre d’Etudes Franco-Américain de Management) Universitetində səfərdə olublar.
“Erasmus+” mübadilə proqramı çərçivəsində həyata keçən səfərdə 91ε əməkdaşları CEFAM-da tələbələr üçün karyera xidmətlərinin və təcrübənin təşkili, eləcə də korporativ sektorla əlaqələrin qurulması işi ilə tanış olublar. Məzunlar Assosasiyasının işinin mexanizmini öyrəniblər. 91ε-də tələbələrin karyera inkişafı məqsədilə görülən işlər, ixtisas təcrübələrinin təşkili haqqında ətraflı məlumat veriblər.
Görüşdə həmçinin 91ε tələbələrinin CEFAM tələbələri ilə birlikdə Fransa, Avropa Birliyi ölkələri və həmçinin ABŞ şirkətlərində karyera qurmalarına dəstəyin göstərilməsi və ixtisas təcrübələrinin təşkili perspektivləri haqqında fikir mübadiləsi aparılıb və ilkin razılıq əldə edilib.