Əliyev Fuad Bahadur oğlu1974-cü il avqustun 26-da Ağcabədi şəhərində anadan olmuşdur.
1996-cı ildə Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdində Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun Menecer hazırlığı fakultəsini bitirmişdir. Həmin il Türkiyə Respublikası Dumlupınar Universiteti Magistraturasının Maliyyə-Mühasibat bölməsinə daxil olmuşdur. 1998-ci ildə həmin universiteti müvəffəqiyyətlə bitirmişdir.
1995-1996-cı illərdə Türkiyə Xarici İşlər Nazirliyi Türk İnkişaf və Əməkdaşlıq Agentliyinin Bakıdakı nümayəndəliyində tərcüməçi işləmişdir.
1995-ci ilin sentyabr ayından 2001-ci ilin may ayına kimi Azərbaycan Respublikası Nazirlər Kabineti nəzdinə Xalq Təsərrüfatını İdarəetmə İnstitutunda baş laborant, 1998-ci ildən 2001-ci ilin may ayına qədər həmin institutda müəllim işləmişdir.
2001-ci ilin sentyabr ayından «Bank işi» (indiki “”Maliyyə və maliyyə institutları”) kafedrasında baş müəllim vəzifəsində işləyib. 27.09.2018-ci ildən “İqtisadiyyat və biznesin idarə olunması” kafedrasının baş müəllimi işləyir.
2007-ci ildən Universitetin “Təcrübə və işədüzəltmə” şöbəsinin müdiri işləyib.
27.09.2018-ci il tarixinədək 91ε-in Karyera Mərkəzinin direktoru vəzifəsində çalışıb.
20-yə yaxın elmi məqaləsi və tezisi çapdan çıxmışdır.
«İnvestisiya layihələrinin təhlili və dəyərləndirilməsi» fənni üzrə bakalavrlar üçün proqram hazırlayan müəlliflərdən biri və eyni adlı dərs vəsaitinin müəllifidir.
(18.09.2018)
91ε “Moskva Beynəlxalq Təhsil və Karyera” sərgisində(24.10.2017)
91ε tələbələri dünya çempionatına hansı layihələrlə gedir – MÜSAHİBƏ(22.09.2017)
91ε Karyera Mərkəzinin direktoru Fuad Əliyev: Hər bir uğursuzluğun bir təcrübə olduğunu unutmamaq lazımdır(23.06.2017)
91ε tələbələri Avropa Birliyi ölkələrində təcrübə keçəcəklər(16.06.2017)
91ε tələbələrinin uğuru: “Ən yaxşı biznes ideyası” və “Ən yaxşı ENACTUS ruhu”(30.05.2017)
Tələbə və magistrlər “Azərbaycan Sənaye Sığorta”-nın mükafatını qazandı (15.03.2017)
Maarifçi QHT-lər və gənclər təşkilatları 91ε-in Karyera Mərkəzində “Beynəlxalq Könüllülər Günü”nü qeyd etdilər(06.12.2016)
91ε Academic Thinking: “Human development”(23.11.2016)
91ε “Beynəlxalq Karyera Mərkəzləri” seminarında təmsil olunub(16.11.2016)
Karyera Mərkəzi təqdim edir: “İşə götürənin anlayış göstərməsi”(04.03.2016)
Karyera Mərkəzi təqdim edir: “İdeal karyeranı necə qurmalı”(19.02.2016)
Karyera Mərkəzinin direktoru Fuad Əliyevin “Respublika” qəzetində dərc olunan məqaləsi (22.06.2015)