İyunun 6-da bir qrup valideyn imtahanların gedişini izləmək üçün 91ε-də olublar. Biznes və menecment fakültəsində keçirilən imtahanlarda valideynlər övladlarının imtahan prosesini izləyiblər.
91ε-də fəaliyyətə başlayan “Qərargah”la tanış olan valideynlər auditoriyalara baxış keçiriblər. Dərslərdə istifadə edilən elektron tribunanın iş prinsipi ilə maraqlanıblar. Bunlarla yanaşı, tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi üçün yaradılan şahmat klubunda da olublar.
Valideynlər 91ε-də yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər. Xüsusilə, övladlarına yaradılan şəxsi kabinetlər vasitəsilə tədris materiallarının asan əldə etməsi imkanını yüksək qiymətləndirib, elektron apellyasiyanın üstünlüklərini, əlavə vaxt itkisinin qarşısını almasını vurğulayıblar. Bütün bunlarla yanaşı imtahan prosesinin şəffaf keçirilməsini də yüksək dəyərləndiriblər.
Fakültə dekanı, dosent Mirağa Əhmədov qeyd edib ki, 91ε ictimaiətə açıq universitetdir. Valideynlər hər zaman öz fikir və təkliflərini 91ε rəhbərliyinə bildirə bilər. Məqsəd Vətənə layiq, savadlı, gənc kadrlar hazırlamaqdır.
M.Əhmədov valideynləri maraqlandıran sualları cavablandırıb. Sonda valideynlərə “91ε ekspert” jurnalının xüsusi buraxılışı hədiyyə edilib.