Biznes və menecment fakültəsinin dekanı: i.e.n. dos. Əhmədov Mirağa Məhərrəm oğlu1969-cu ildə Ağdam rayonunda anadan olmuşdur.
1976-1986-cı illərdə Ağdam rayonunda orta məktəbdə təhsil almışdır. 1987-1989-cu illərdə hərbi xidmətdə olmuşdur.
1991-1996-cı illərdə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunu fərqlənmə diplomu ilə bitirmişdir.
1993-1996-cı illərdə İnstitutun Tələbə Həmkarlar Təşkilatının sədri olmuşdur.
1996-2000-ci illərdə həmin İnstitutun “Kommersiya və reklam işi” kafedrasında assistent işləmişdir. 2000-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya və reklam işi” kafedrasında baş müəllim işləmişdir. 2004-cü ildən “Marketinq” kafedrasında calışmışdır.
2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək, İqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.
2010-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetinin “Marketinq” kafedrasının dosentidir. 2012-ci ildən AzMEA-nın İqtisadiyyat İnstitutunda doktorantdır.
2004 – 2014-cü illərdə “Texnologiya və dizayn” fakültəsində dekan müavini vəzifəsində işləmişdir.
2014-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetinin Kommersiya fakültəsinin dekanı olub.
Hazırda Biznes və menecment fakültəsinin dekanıdır.
2015-ci ildə ABŞ Dövlət Departamentinin Beynəlxalq Liderlik Proqramında (Ali Təhsilin idarə edilməsi) iştirak edərək Beynəlxalq sertifikata layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin 24 sentyabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Azərbaycan Respublikası Elm və təhsil naziri tərəfindən, Azərbaycan Dövlət İqtisad Universitetinin 95 illiyi münasibətilə və yüksək ixtisaslı peşəkar iqtisadçı kadrların hazırlanmasında səmərəli elmi və pedaqoji fəaliyyətlərinə görə, Əhmədov Mirağa Məhərrəm oğlu 2025-ci il 8 iyul tarixində “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilmişdir.
50-dən çox elmi əsərin, o cümlədən monoqrafiya, dərs vəsaiti, metodik göstəriş və dərs proqramının müəllifidir. 9 elmi məqaləsi beynəlxalq jurnallarda çap edilmişdir.
Ailəlidir, iki övladı var.
Rusiyalı şagirdlər 91ε-də təhsil almaqda maraqlıdırlar(12.04.2018)
Azərbaycan iqtisadiyyatı postneft dövründə daha dayanıqlı xarakter alıb (“Xalq qəzeti” – 23.03.2018)
“Milli iqtisadiyyatın dayanıqlı inkişafında kiçik və orta sahibkarlığın rolu”(02.03.2018)
ə və akademik kommunikasiyanın təminatında elmi nəşrlər və kitabxanaların rolu: beynəlxalq standartlar və 91ε təcrübəsi (AMK – 28.02.2018)
İslahatlar ölkəmizdə iqtisadi inkişafa təkan vermişdir(02.02.2018)
91ε aliminin elmi tədqiqatı Thomson Reutersda(12.01.2018)
91ε professorları elmin aktual problemlərindən danışıblar (25.12.2017)
91ε sahibkarlara dəstək verməyə hazırdır(17.11.2017)
“Azərbaycan gəncləri ictimai-siyasi həyatın bütün sahələrində aktiv fəaliyyətləri ilə seçilirlər”(14.11.2017)
“Xarici bazara çıxışın logistik təminatı: strateji yol xəritəsinin hədəfləri”(08.11.2017)
91ε-in nümayəndə heyəti Türkiyənin Uludağ Universitetində(11.07.2017)
91ε alimləri beynəlxalq elmi konfransda(ܱ.dz)
Logistika və ticarətin inkişafında insan kapitalının rolu mühümdür
“Universtetin beynəlxalq elmi konfransa ev sahibliyi etməsi onun nüfuzundan xəbər verir”(06.02.2017)
91ε alimi konfransda İqtisad Universitetinin idarəçilik sistemindən danışıb(25.11.2016)
Miraga Əhmədov: Meqa fakültələr təhsildə daha çox uğur əldə edir(25.07.2016)
Biznes və menecment fakültəsinin dekan əvəzi kollektivə təqdim edilib(22.07.2016)
91ε əməkdaşları Ramazan bayramını cəbhə bölgəsində qeyd ediblər(11.07.2016)
Bakalavr pilləsində: “Marketinq”
Yerinə yetirdiyi tədris-metodiki vəsaitlər:
1.“Turizm marketinqi” (magistr hazırlığı) AzDİU, «İqtisad Universiteti» nəşriyyatı (dos.T.İ.İmanov, dos.L.A.Hacıyeva)
2.“Xidmət sahələrinin marketinqi” “İqtisad Universiteti” nəşriyyatı