Fevralın 8-də dünyanın nüfuzlu elmi-analitik informasiya təminatçısı olan “Thomson Reuters” agentliyinin Azərbaycan nümayəndəliyinin eksperti 91ε-də olub.
91ε-in İqtisadiyyat fakültəsindətəşkil edilən görüşdə universitetin professor-müəllim heyəti iştirak edib. 91ε-in Elm şöbəsininmüdiri, professor Zahid Məmmədovbildirib ki, “Thomson Reuters”in təqdim etdiyi xidmətlər ölkəmizdə aparılan elmi araşdırmaların dünya standartlarına çatdırılması, həmçinin dünyada gedən elmi-tədqiqat işləri haqqında alimlərimizin məlumatlı olması üçün çox önəmlidir. Bunun köməyilə alimlər öz sahələrinə dair elmi jurnalların müqayisəli qiymətləndirilməsini apara və nəşr üçün daha effektiv şəkildə jurnallar seçə biləcəklər.
Z.Məmmədov 91ε və “Thomson Reuters”in birgə təşkilatçlığı ilə may ayında “Müasir universitetlərdə elmi fəaliyyətin idarə olunması modeli: innovativ inkişaf çağırışlar və perspektivlər” mövzusunda beynəlxalq elmi konfransın keçiriləcəyini də iştirakçıların diqqətinə çatdırıb.
Sonra agentliyin Azərbaycan nümayəndəliyinin eksperti Aygün Babazadə “Thomson Reuters”in ali təhsil müəssisələrinin qlobal elmi bazası – “Web of Science” platforması barədə iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, “Web of Science”də elmin bütün sahələri üzrə araşdırma aparan nüfuzlu alimlərin əldə etdiyi nəticələri, onların çıxardığı qərarları da tapmaq mümkündür. Bütün bunlar istənilən araşdırmada uğur qazanmaq, həmçinin qrant alınmasına kömək edir. Bu portal həmçinin ən geniş elmi referatlar bazasıdır. Portala abunə yolu ilə çıxış əldə etmək mümkündür.
öüşə “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının dosenti Arzu Hüseynovanın“Elmi jurnalların qiymətləndirilməsində əsas prinsiplər”, İnformasiya Kommunikasiya Texnologiyalari Mərkəzinindirektoru dosent Zöhrə Həsənovanın“Web of science referativ bazası haqqında” və mərkəzin əməkdaşı Ofelya Mazanovanın “91ε müəllimlərinin yaradıcılıq fəaliyyətinin qiymətləndirilməsi” mövzusunda məruzələri dinlənilib.
Sonda iştirakçıların sualları cavablandırılıb.