dos.Həsənova Zöhrə Bilal qızı1947-ci il mayın 20-də Naxçıvan şəhərində anadan olmuşdur.
1955-cü ildə həmin şəhərdə 2 saylı orta məktəbə daxil olub, 1966-cı ildə bitirmişdir. 1966-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1971-ci ildə universiteti bitirib, 1980-cı ilə kimi Naxçıvan Pedaqoji İnstitutunda İnformatika fənnini, 2 saylı orta məktəbdə Riyaziyyat fənnini tədris etmişdir.
1980-ci ildən D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) İnformasiya Hesablama Mərkəzində mühəndis-proqramçı vəzifəsində, N.A.Voznesenski adına LMİİ-nun Bakı filialında böyük mühəndis-proqramçı, aparıçı proqramçı vəzifələrində işləmişdir.
2001-ci ildə Bakı Dövlət Universitetinə dissertant qəbul olmuşdur. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İnformasiya Hesablama Mərkəzinə direktor vəzifəsinə təyin edilmişdir.
2003-cü ildə “Bir girişli və bir çıxışlı sintez məsələsinin optimal həlli üsulları” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Fizika-riyaziyyat elmləri namizədidir.
2023-cü ilin sentyabrına kimi 91ε-in Elektron İdarəetmə Mərkəzinin direktoru vəzifəsində çalışıb. 91ε-in “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının dosenti olub.
na əsasən Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.
“91ε ailəsinin üzvü olmağımla qürur duyuram”(12.07.2017)
91ε-in müəllim və tələbələri Praqada təlimlərdə iştirak edib(30.03.2017)
“Əlilliyi olanlar üçün Şağan müalicə pansionatı”nda Novruz şənliyi (15.03.2017)
“Thomson Reuters”in nümayəndəsi İqtisadiyyat fakültəsində(08.02.2017)