91ε

Əhmədov Məhiş (3)i.e.d., prof. Məhiş Alış oğlu Əhmədov

e-mail: [email protected]

1945-ci ildə anadan olub. 1951-1961-ci illərdə orta təhsil alib.
1963-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) iqtisad fakultəsinin (ixtisas – Xalq təsərrüfatının planlaşdırılması) daxil olub,
1969-cu ildə həmin ixtisası bitirib.

1970-1977-ci illərdə Az.İEA-nın İqtisadiyyat institutunda kiçik elmi işçi, 1977-1980-ci illərdə baş elmi işçi vəzifələrində işləyib.

1980-1991-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim, dosent, 1991-1996-cı illərdə kafedra müdiri olub.
1974-cü ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsi alıb. 1984-cü ildə dosent vəzifəsini tutub.

2005-ci ildə iqtisad elmləri doktoru elmi dərəcəsinə layiq görülüb. 2011-ci ildə professor vəzifəsinə layiq görülüb. Əməkdar elm xadimidir.

2006-cı ildən 2022-ci ilin sentyabrına kimi İqtisad Universitetinin «İqtisadiyyatın tənzimlənməsi» kafedrasının müdiri olub.

2006-2008-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının «İqtisadiyyat və hüquq elmləri üzrə» ekspert şurasının üzvi olub.

2008-ci ildən universitetin nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Müdafiə Şurasının üzvüdür. Azərbaycanda «Elmi tədqiqatların təşkili və əlaqələndirilməsi»nin «İqtisad bölməsi» üzrə Problem Şurasının, Universitetin Elmi Şurasının, İqtisad elmləri: «Nəzəriyyə və praktika» jurnalının redaksiya heyətinin üzvü, universitetin ə-Metodiki Şurasının bölmə rəhbəridir.

AR Prezidentinin 26 sentyabr 2011-ci il Sərəncamına əsasən Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Əməkdar Müəllim” fəxri adı verilib.

 ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 90 illiyi münasibətilə və Azərbaycanda təhsilin inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

150 elmi-metodiki əsərin, 3 dərslik, 4 dərs vəsaitlərinin, çoxsaylı tədris proqramlarının, dövlət orqanlarına təqdim olunmuş 5 təhriri məruzənin, 100 çap vərəqindən çox olan rus dilindən azərbaycan dilinə tərcümə olunmuş 3 dərsliyin elmi redaktoru olub.

mahish525eed71cfb978265e5DSC_482720160921_123635DSC_0287DSC_4270IMG-20171107-WA0002

Ekspert: Astara-Rəşt dəmir yolu bütün Avrasiya regionu üçün yeni imkanlar açacaq (AZƏRRAC – 04.04.2018)
91ε professoru elmi-praktik konfransda
(27.12.2017)
Pakistanlı tədqiqatçı 91ε-də
(08.12.2017)

Bilik Fondunda iqtisadçı alimlərlə görüş keçirilib
(05.07.2017)
“Novruz mühazirələri” 91ε-də davam edib
(06.03.2017)
Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsi davamlı inkişafa keçid konsepsiyasıdır (Xalq qəzeti – 06.03.2017)

91ε professorları beynəlxalq elmi seminara qatılıblar(27.09.2016)

DSC_1100