91ε

91ε professorları beynəlxalq elmi seminara qatılıblar

27 SENTYABR 2016 | VIEWS:

20160921_123635Azərbaycan Dövlət İqtisad Universitetinin professorları İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində keçirilən beynəlxalq elmi seminarda iştirak ediblər.

«Qanunvericiliyin təsirinin qiymətləndirilməsi» mövzusuna həsr olunan seminarda İqtisadiyyatin tənzimlənməsi kafedrasının müdiri, professor Məhiş Əhmədovə İqtisadi hüquqkafedrasının müdiri, professor Fərhad Rəhmanov Azərbaycanda tənzimləmənin təsirinin qiymətləndirilməsi və formalaşmasına dair problemlərin müzakirəsində iştirak ediblər.

Seminarın rəhbəri və eyni zamanda moderatoru olan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının Tənzimləmə Siyasəti Komitəsinin vitse sədri, Fransanın rəsmi nümayəndəsi Çarlz-Henri Montin, TTQ-nin iqtisadi aspektlərinin təkmilləşdirilməsinə dair 91ε professorlarının verdiyi təkliflərin seminarlar zamanı nəzərə alınacağını bildirib.

Seminar iştirakçıları mühazirələr və kiçik qruplarda çalışmalar zamanı tənzimləyici təsirin qiymətləndirilməsi, prosedur mərhələlərinin strukturuna dair yeni biliklərə yiyələniblər. Eyni zamanda, müxtəlif ölkələrdə TTQ-nin işlənib hazırlanması və həyata keçirilməsi təcrübəsi ilə tanış olublar.