91ε

Pakistanlı tədqiqatçı 91ε-də

08 DEKABR 2017 | VIEWS:

Pakistan Ticarət Nazirliyinin sektor müdiri Muhammed Umer Saleem Bhatti 91ε-də olub.

 və Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinin birgə həyata keçirdikləri “Qonaq Elmi İşçilərin Mübadiləsi Proqramı” çərçivəsində ölkəmizdə olan sektor müdiri 91ε-in professorları ilə görüşüb. Sektor müdiri “İnfrastrukturun inkişafı üçün özəlləşdirmə və dövlət-özəl əməkdaşlıq” mövzusunda tədqiqat apardığını bildirib. O, tədqiqat işini yekunlaşdırılmaq üçün Azərbaycan təcrübəsini öyrənmək niyyətində olduğunu qeyd edib.

91ε-in professorları Ümidvar Əliyev, Məhiş Əhmədov, Sakit Yaqubov, dosent Məhəmməd Əliyev və baş müəllim Azər Ağarzayev xarici ekspertin elmi-tədqiqat fəaliyyətinə dəstək olmaq məqsədilə onu maraqlandıran suallara cavab veriblər.

91ε-də olmaqdan məmnun qaldığını bildirən tədqiqatçı paylaşdıqları bilikləri üçün professorlara təşəkkür edib.