91ε-də təhsil alan tələbələrin 2026-cı ildə keçiriləcək TEKNOFEST çərçivəsində təşkil olunan beynəlxalq texnologiya və innovasiya müsabiqələrində iştirakının təmin edilməsi məqsədilə daxili seçim müsabiqəsi elan edilir.TEKNOFEST 2026çərçivəsində aşağıdakı əsas istiqamətlər üzrə müsabiqələr nəzərdə tutulur:
Süni intellekt və Rəqəmsal Texnologiyalar
(Süni intellekt, data analitikası, görüntü emalı, kibertəhlükəsizlik, blokçeyn)
Sağlamlıq, Biotexnologiya və Tibbi Texnologiyalar
(Onkologiya texnologiyaları, biotexnoloji innovasiyalar, tibbi AI həlləri)
Robototexnika və Avtonom Sistemlər
(Robot sistemləri, avtonom nəqliyyat vasitələri, ağıllı idarəetmə)
Aviasiya, Kosmos və Pilotsuz Sistemlər
(Dronlar, raket və peyk texnologiyaları, aerokosmik sistemlər)
Enerji, Ətraf Mühit və Yaşıl Texnologiyalar
(Bərpa olunan enerji, ekoloji innovasiyalar, davamlı texnologiyalar)
Maliyyə Texnologiyaları və Startaplar
(FinTech, biznes modelləri, texnoloji startap layihələri)
Müdafiə və Qabaqcıl Mühəndislik Texnologiyaları
(Hava hücumundan müdafiə, elektron müharibə, yüksək texnologiyalı sistemlər)
Kənd Təsərrüfatı və Ağıllı Sistemlər
(Aqrotexnologiyalar, ağıllı kənd təsərrüfatı həlləri)
Kimlər iştirak edə bilər
Seçim prosesi
TEKNOFEST 2026 üzrə 91ε daxili seçim prosesi aşağıdakı mərhələlər üzrə həyata keçiriləcəkdir:
Qiymətləndirmə zamanı layihənin innovativliyi, texniki əsaslandırılması, real tətbiq potensialı və komanda bacarıqları əsas meyarlar kimi nəzərə alınacaqdır.
Seçilmiş komandalar üçün 91ε dəstəyi
Müraciət qaydası və müddəti
Müraciətlər elektron formada qəbul edilir.
91ε daxili müraciət üçün son tarix:09 fevral 2026
TEKNOFEST rəsmi müraciət üçün son tarix:20 fevral 2026
Müraciət linki: ()
Qeyd:91ε adındanTEKNOFEST 2026-da iştirak yalnız daxili seçim prosesindən uğurla keçmiş komandalar üçün mümkündür.
Əlaqə: 91ε Biznes Mərkəzi 492 59 02 daxili 1180.