91µÎµÎ

Yaponiyanın 2026-cı il “MIRAI” qısamüddətli Yaponiya Mübadilə Proqramına müraciət qəbulu elan olunur

17 AVQUST 2026

Yaponiyanın Xarici İşlər Nazirliyi Azərbaycan da daxil olmaqla bir sıra Avropa ölkələrindən olan gənclər üçün 2026-cı il “MIRAI – qısamüddətli Yaponiya Mübadilə Proqramı” üzrə müraciət qəbulunu elan edir. Proqram 20–30 yaş aralığında olan bakalavr və magistratura tələbələrinin, eləcə də işləyən gənclərin Yaponiya haqqında bilik və anlayışlarının artırılmasına yönəlib.

2015-ci ildən etibarən həyata keçirilən “MIRAI” proqramının əsas məqsədi Yaponiya ilə dünyanın müxtəlif ölkələrinin nümayəndələri arasında qarşılıqlı mübadiləni təşviq etmək, iştirakçıların Yaponiyanın iqtisadiyyatı, cəmiyyəti, tarixi, mədəniyyəti və diplomatik əlaqələri haqqında biliklərini genişləndirməkdir.

Proqramın mövzusu

2026-cı ildə Azərbaycandan olan iştirakçılar üçün proqramın mövzusu “Süni intellekt startapları” olacaq.

Proqram çərçivəsində:

  • Yaponiyanın aparıcı universitetlÉ™rindÉ™ mövzu ĂĽzrÉ™ mĂĽhazirÉ™lÉ™r;
  • yapon tÉ™lÉ™bÉ™lÉ™rlÉ™ mĂĽzakirÉ™lÉ™r;
  • tÉ™hsil vÉ™ tÉ™dqiqat mĂĽÉ™ssisÉ™lÉ™rinÉ™ sÉ™fÉ™rlÉ™r;
  • mĂĽvafiq mĂĽÉ™ssisÉ™lÉ™rin nĂĽmayÉ™ndÉ™lÉ™ri ilÉ™ fikir mĂĽbadilÉ™si;
  • Yaponiyanın tarixi vÉ™ mÉ™dÉ™niyyÉ™ti ilÉ™ tanışlıq mÉ™qsÉ™dilÉ™ regionlara sÉ™fÉ™rlÉ™r nÉ™zÉ™rdÉ™ tutulur.

Proqramın ilkin mərhələsində 2026-cı ilin noyabr ayında onlayn hazırlıq proqramının, daha sonra səfəröncəsi oriyentasiyanın keçirilməsi planlaşdırılır. Yaponiyaya səfər 1–7 dekabr 2026-cı il tarixlərində baş tutacaq. Proqram tamamilə ingilis dilində keçiriləcək.

Kimlər müraciət edə bilər?

Proqrama:

  • AzÉ™rbaycandakı universitetlÉ™rdÉ™ mĂĽhÉ™ndislik vÉ™ informasiya texnologiyaları ilÉ™ É™laqÉ™li sahÉ™lÉ™r ĂĽzrÉ™ tÉ™hsil alan bakalavr vÉ™ magistratura tÉ™lÉ™bÉ™lÉ™ri;
  • İT mĂĽtÉ™xÉ™ssisi vÉ™ ya sahibkar kimi fÉ™aliyyÉ™t göstÉ™rÉ™n 20–30 yaĹź arası gÉ™nclÉ™r mĂĽraciÉ™t edÉ™ bilÉ™rlÉ™r.

Namizədlərin ingilis dilində sərbəst müzakirə aparmaq bacarığına və yüksək akademik göstəricilərə malik olmaları tələb olunur.

Qeyd: Yaponiyada 6 ay və ya daha uzun müddət yaşamış, həmçinin daha əvvəl “MIRAI” proqramı və ya Yaponiya hökumətinin digər təqaüd proqramları çərçivəsində Yaponiyaya səfər etmiş şəxslər proqrama müraciət edə bilməzlər.

Proqram tərəfindən qarşılanan xərclər

Proqram çərçivəsində iştirakçıların Yaponiyaya gediş-dönüş aviabileti, səyahət sığortası, Yaponiyada qalma, ölkədaxili nəqliyyat və yemək xərcləri, həmçinin muzey və digər obyektlərə giriş haqları qarşılanır.

Müraciət qaydası və son tarix

Namizədlər əvvəlcə proqramın rəsmi müraciət təlimatı ilə tanış olmalı, daha sonra xüsusi elektron müraciət forması vasitəsilə sənədlərini təqdim etməlidirlər. Müraciət zamanı motivasiya məktubu, pasportun surəti, akademik transkript, razılıq sənədi və digər tələb olunan məlumat və sənədlərin təqdim edilməsi nəzərdə tutulur.

Müraciət üçün son tarix: 31 avqust 2026-cı il, Bakı vaxtı ilə saat 05:00-dək.

Seçim nəticələrinin 14 oktyabr 2026-cı il tarixində namizədlərə bildirilməsi nəzərdə tutulur.

Ətraflı məlumat və müraciət qaydaları ilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür: