91ε

91ε-də bakalavriat səviyyəsi üzrə sənəd qəbulu onlayn aparılacaq!

25 AVQUST 2026

91ε-də bakalavr səviyyəsində sənəd qəbulu 28 avqust 2026-cı il tarixindən 08 sentyabr 2026-cı il tarixinədək elektron qaydada aparılacaq.

Bakalavraqəbul olanlar sənədlərini elektron formada 91ε-in rəsmi səhifəsinə () daxil olaraq, “Tələbə kabineti” qeydiyyat bölməsinə keçid etməklə () sistemə yükləməlidir.

Sənədlərin elektron yüklənməsi barədə videotəlimat aşağıda təqdim olunur:

Bundan əlavə, abituriyent mütləqplatformasında qeydiyyatdan keçməlidirlər.

Qeyd:platformasında qeydiyyat etməyən şəxslər DİM tərəfindən qəbul olunmamış hesab ediləcək və barəsində qəbul əmri verilməyəcək.

Tələb olunan sənədlər:

Dövlət sifarişi vəödənişliəsaslarla qəbul olan abituriyentin qeydiyyatı üçün aşağıdakı sənədlər tələb olunur:

  • Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə (sistemə yalnız bir şəkil daxil edilir);
  • Şəxsiyyət vəsiqəsinin surəti (hər iki üzü, yeni nəsil ŞV isə üz hissəsi);
  • Təhsil haqqında sənəd – Attestatın və ya diplomun surəti (təqdim edilən sənədlər PDF formatında olmalıdır);
  • İxtisasın tanınmasının və ekvivalentliyinin müəyyən edilməsini təsdiq edən sənəd (təqdim edilən sənədlər PDF formatında olmalıdır): Yalnız xaricdə təhsil alan Azərbaycan vətəndaşlarına aiddir;
  • İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin və ya hərbi biletin surəti (oğlanlar üçün);
  • Təhsil haqqında ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün).

*Qeyd:ödənişli əsaslarla qəbul olan bakalavrlar qeydiyyatdan keçərkən I ilin təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.

Təhsil haqqından azad olunan bakalavrlardan aşağıdakı sənədlər tələb olunur:(tələb olunan sənədlər PDF formatında yüklənməlidir)

  1. I və II dərəcə əlilliyi olan, habelə şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar:
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88)
  • Doğum haqqında şəhadətnamənin surəti,

Qeyd: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

Ə:“I və II dərəcə əlilliyi olan şəxslərin, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı xərclərinin ödənilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 3 may 2019-cu il tarixli 1155 nömrəli Sərəncamı

  1. Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları:
  • Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti.

Ə:Azərbaycan Respublikasının dövlət ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasının bakalavr səviyyəsində ödənişli əsaslarla təhsil alan məcburi köçkünlərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2011-ci il tarixli 1722 nömrəli Sərəncamı

  1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar:
  • Vəfat etmiş valideyinin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti,
  • Digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88),
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Qeyd 1: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. Bu güzəşt əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

Ə:“Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu (22 iyun 1999-cu il tarixli 693-IQ nömrəli)

  1. Şəhid ailəsinin üzvü olanlar:
  • Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • Şəhid ailəsinin üzvi kimi tələbənin vəsiqəsinin surəti və doğum haqqında şəhadətnamənin surəti;
  • Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.

Qeyd:Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

Ə:“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanunu (3 sentyabr 1993-cü il tarixli 697 nömrəli)

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər:
  2. a)Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş vətəndaşların uşaqları:
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88);
  • Valideynin şəxsiyyət vəsiqəsinin surəti;
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Qeyd:Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır. Güzəşt 2014/2015-cü tədris ilindən etibarən tətbiq edilir.

  1. b)Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları:
  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd-arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı);
  • Tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Qeyd:Güzəşt 2014/2015-cü tədris ilindən etibarən tətbiq edilir.

  1. c)Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslər:
  • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almasına dair arayış, vəsiqə və ya əmrdən çıxarış

Qeyd:Güzəşt 2023/2024-cü tədris ilindən etibarən tətbiq edilir.

Ə:Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, həmçinin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil xərclərinin ödənilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin 347 saylı sərəncamı

Qeyd: Qeydiyyat zamanı tələb olunan sənədlərin əsli tədris həftəsi başladıqda tələbə tərəfindən təhsil alacağı fakültə, mərkəz və ya məktəbin məsul əməkdaşına təhvil verilməlidir.

QEYD:Güzəşt yalnız ilk dəfə bakalavr olanlara aiddir.

Qeydiyyat zamanı hər hansı sual yaranarsa qəbul olduğunuz fakültə üzrə məsul şəxslərlə əlaqə saxlaya bilərsiniz.

ƏƏ

Qaynar xətt: (+994) 12 492 59 03 (1199)

.(+994) 12 492 60 43