Noyabrın 23-də Azərbaycan Dövlət İqtisad Universitetində (91ε) müəllimlər üçün yeni “91ε Academic Thinking” layihəsinə start verilib.
Layihə çərçivəsində 91ε müəllimləri elmin müxtəlif sahələrinə dair akademik müzakirələr aparacaq. İngilis dilində aparılan müzakirələr ayda iki dəfə təşkil olunacaq. Növbəti müzakirələrə telekörpü vasitəsi ilə dünyanın tanınmış universitetlərinin akademik heyəti də qoşulacaq.
İlk “91ε Academic Thinking” akademik müzakirəsinin mövzusu “Human development” olub. Toplantıda 91ε professoru Afət Abbasova, müəllimlər Aysel Xəlilova, Təhmasib Əlizadə, Ramil Cabbarov, Anar Kazımov, , Aygün Abdulova, Mircavid Həsənov və Şücaət Kərimova iştirak ediblər. Onlar insan inkişafı üçün vacib olan ədalət, davamlılıq, səmərəlilik və səlahiyyət amilinə diqqət çəkiblər. İnsanın kamilləşməsində təhsilin önəmi, iqtisadiyyatda biliyin rolu, iqtisadi artım və insan inkişafı arasındakı əlaqələr, insanın inkişaf indeksi, toplum üçün inkişafın əhəmiyyəti barədə diskusiya aparıblar.
Növbəti “91ε Academic Thinking” akademik müzakirəsində iştirak etmək istəyən müəllimlər elektron ünvanı ilə əlaqə saxlaya bilərlər.