Bayramov Hafiz Məhərrəm oğlu1947-ci il iyul ayının 21-də Şəmkir şəhərində anadan olmuşdur.
1966-cı ildə İ.M.Qubkin adına Moskva Neftkimiya və qaz sənayesi institunun Avtomatika və Telemexanika fakültəsinə daxil olmuş və 1971-ci ildə fərqlənmə diplomu ilə bitirmişdir. 1973-cü ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1978-ci ildə Universiteti bitirmişdir.
1981-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunun İxtisaslaşdırılmış Elmi Şurasında namizədlik dissertasiyası müdafiə edərək, texniki elmləri namizədi alimlik dərəcəsi almışdır.
1972-1980-ci illərdə “Neftkimyaavtomat” Elmi Tədqiqat və Layihə İnstitutunda mühəndis, kiçik işçi, baş elmi işçi vəzifələrində çalışmışdır, daha sonra SSRİ Tikinti Bankının Azkontrasının Hesablama Mərkəzinin rəisi vəzifəsində çalışmışdır.
1989-cu ildən Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim, dosent vəzifələrində çalışmışdır.
2013-2018-ci illərdə İqtisad Universitetinin “İnformatika” kafedrasının müdiri vəzifəsində çalışıb.
2018-ci ildən “Rəqəmsal iqtisadiyyat və İKT” kafedrasının dosentidir.
23-dən çox elmi məqalənin, dərslik və dərs vəsaitinin müəllifidir.
91ε magistrləri müzakirə edir: “İnformasiya sistemlərinin və texnologiyalarının müasir problemləri”(13.04.2018)
91ε-də “Elmi tədqiqat ili” – Texnologiya və dizayn fakültəsində elmi seminarlar(05.03.3018)
91ε-də elmi seminar: “Müəssisələrdə informasiya texnologiyalarının auditi”(27.12.2017)
91ε-in “Texnoloji Təhsil Qrupu”ndan tələbələr üçün disput(21.11.2017)
91ε-in pedaqoji heyəti üçün təlim: “İnformasiya təhlükəsizliyi”(07.11.2017)
91ε-də elmi seminar: “Blokçeyn və kriptovalyuta texnologiyalarının Azərbaycanda tətbiq imkanları”(03.11.2017)
91ε əməkdaşları nüfuzlu beynəlxalq konfransda iştirak etmişlər (20.10.2016)