91ε

91ε-də elmi seminar: “Blokçeyn və kriptovalyuta texnologiyalarının Azərbaycanda tətbiq imkanları”

03 NOYABR 2017 | VIEWS:

91ε-in “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasında “Blokçeyn və kriptovalyuta texnologiyalarının Azərbaycanda tətbiq imkanları” mövzusunda elmi-seminar keçirilib.

“Elm aylığı” çərçivəsində keçirilən elmi seminardaTexnologiya və dizayn fakültəsində informasiya texnologiyaları ixtisası üzrə təhsil alan tələbələr iştirak edib.

“İnformasiya iqtisadiyyatı və texnologiyaları”kafedrasının dosentiTəranə Əliyeva kriptovalyutaların iqtisadiyyatın quruluşu haqqında təsəvvürləri radikal surətdə dəyişdirdiyini bildirərək, digər yeni texnologiyalara anoloji olaraq blokçeynin internet-texnologiyalar mühitində səmərəliliyin artmasında, milyardlarla dollara qənaət olunmasında və risklərin əhəmiyyətli dərəcədə azalmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Seminara qonaq qismində qatılan 91ε məzunu, bank sektorunda satış və marketinq üzrə 12 ildən çox təcrübəsi olan və NIMA Marketing A və B proqramlarını bitirən Sənan Həsənovun məruzəsi dinlənilib. S.Həsənov blokçeyn, kriptovalyuta, bitkoyn, mayner və mayninq anlayışları, blokçeyn və kriptovalyuta texnologiyaları üzrə apardığı tədqiqatların nəticələri haqqında məlumat verib. O, kriptovalyuta bazarında olan proseslərin təhlilini, həmçinin köhnə bank sistemi modeli ilə blokçeyn texnologiyasının müqayisəli təhlilini aparmaqla bu texnologiyaların Azərbaycanda biznes mühitinin inkişafına mövcud təsirlərinə öz münasibətini bildirib, bu texnologiyaların tətbiq imkanlarından bəhs edib.

Mövzu ətrafında müzakirələrdə Texnologiya və dizayn fakültəsinin dekanı, professorVəkil Hüseynov,“İnڴǰپ첹” kafedrasının müdiri, dosentHafiz Bayramov və “İnformasiya iqtisadiyyatı və texnologiyaları” kafedrasının müəllimiDilarə Əbdüləziz baxılan məsələlərlə bağlı öz fikirlərini bölüşüblər.

Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.