12-14 oktyabr 2016-cı il tarixlərində Bakıda “İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi” (“2016 10thIEEE International Conference on Application of Information and Communication Technologies,AICT 2016,”) mövzusunda 10-cu beynəlxalq konfrans keçirilib. Konfransda 91ε əməkdaşlarından Yadulla Həsənli, Sərdar Şabanov, Nazim Haciyev, Fariz Quliyev, Hafiz Bayramov vəOfelya Mazanova iştirak etmişlər. Konfransda 91ε nəznində İAETİ-nin direktoru prof. Yadulla Həsənli bölmələrdən birinə sədrlik etmiş və məruzə ilə çıxış etmişdir. İnstitutun digər əməkdaşı dos. Sərdar Şabanov, 91ε Biznes Məktəbinin direktoru dos. Nazim Hacıyev məruzə ilə çıxış ediblər.
Konfransında 22 ölkədən 80-dən çox nümayəndənin iştirak etmişdir. Konfransda Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Azərbaycan Texniki Universiteti, Malayziya Sabah Universiteti, AMEA-nın İnformasiya Texnologiyaları və İdarəetmə Sistemləri institutları, UNESCO-nun Təhsildə İnformasiya Texnologiyaları İnstitutu və İqtisadi Əməkdaşlıq Elm Fondunun (ECOSF) təşkilatçılığı, ABŞ-ın Elektrotexnika və Elektronika Mühəndisləri İnstitutu (IEEE) və onun Azərbaycan şöbəsinin texniki, “Nar Mobile” və “DELL EMC” şirkətlərinin maliyyə dəstəyi ilə təşkil edilmişdir.
Qeyd edək ki,AICT 2016beynəlxalq konfransının dərc edilmiş materiallarındakı məqalələr aşağıdakı elmi-biblioqrafik bazalarda indeksləşəcəkdir.