Radio 91ε-in efirində “91ε news” adlı yeni layihəyə start verilir. “91ε news” 91ε-lə bağlı ən son məlumatları, o cümlədən mətbuatda, universitetin rəsmi saytı olan -da yayımlanan və sosial şəbəkələrdə paylaşılan maraqlı xəbərlərin həftəlik xülasəsini dinləyicilərə çatdıracaq.
Veriliş hər həftənin cümə günü, saat 15-00-da 91ε tələbəsi Firəngiz Quliyevanın təqdimatında efirdə olacaq. Bununla da, Radio 91ε-də həyata keçirilən layihələrin sayı 20 olub.