91ε tələbələri İsveçrənin St.Gallen Universitetində keçirilən “oikos 30 years anniversary” beynəlxalq konfransında iştirak ediblər.“oikos” beynəlxalq təşkilatının 30 illiyinə həsr olunan konfransda 91ε-i Rus İqtisad Məktəbinin əməkdaşı Vüsal Abasov, Beynəlxalq İqtisad Məktəbinin III kurs tələbələri Nurlan Cahangirli və Dinara Kanopkina təmsil ediblər. Dünyanın 30 ölkəsindən 200 dən çox tədqiqatçı və tələbənin qatıldığı konfransda BMT, İsveçrənin Xarici İşlər Federal Departamenti, Meteos, Globalance Bank və digər nüfuzlu qurumların nümayəndələri dayanıqlı sığorta, investisiya və bank sektorları haqqında interaktiv təlimlər keçiblər.
Konfransda 91ε nümayəndəsi V.Abasov “oikos” təşkilatının beynəlxalq liderlik proqramının mentoru seçilib. O, bir il ərzində dünyanın 20 ölkəsini təmsil edən tələbə qrupuna effektli və dayanıqlı liderlik mövzusunda mentorluq edəcək.
Dünya gənclərinin dayanıqlı iqtisadi insikisaf, sahibkarlıq, ekologiya, enerji təhlükəsizliyi və sosial tərəqqi mövuzları altında bir araya toplayan platformanın konfransı 91ε-in Rus İqtisad Məktəbində canlı yayımlanıb. 91ε tələbələri telekörpü vasitəsi ilə bölmə iclaslarına qatılıblar.
Qeyd: “oikos” təşkilatı Azərbaycanda 2013-cü ildən, 91ε də isə 2014-cü ildən fəaliyyət göstərir. Təşkilat vasitəsi ilə 30-a yaxın 91ε tələbəsi beynəlxalq konfranslarda iştirak edib.