Təhsil nazirinin imzaladığı “Təhsil müəssisələrində Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsi barədə” tədbirlər planına əsasən, fevralın 24-də 91ε-in bütün tədris binalarında, Zaqatala filialıə Maliyyə İqtisad Kollecindəilk dərslər Xocalı soyqırımına həsr olunub. Faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra professor ə müəllimlər Xocalı soyqırımının təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı cinayət olduğunu bildiriblər. Tələbələrə bu faciəni unutmamağı, soyqırımın, eləcə də Dağlıq Qarabağ münaqişəsinin, Azərbaycan həqiqətlərinin geniş ictimaiyyətə çatdırılması üçün təbliğat kampaniyalarında, sosial şəbəkələrdə aktiv olmağı tövsiyə ediblər.
ƏəəşüԲı ڲüəԻə“Xocalı soyqırımı – qan yaddaşımızdır” adlı maarifləndirici tədbir təşkil olunub. Fakültə dekanı dosent Tofiq Osmanovə “Humanitar fənlər” kafedrasının professoru Hidayət Cəfərovtələbələrə Xocalı həqiqətləri barədə tarixi faktlara əsaslanan məlumatlar çatdırıb, faciənin törətdiyi fəsadlardan danışıblar. Məruzələrdən sonra iştirakçılar Xocalı faciəsini əks etdirən fotostendə baxış keçiriblər. Tələbələr soyqırım barədə şeirlər səsləndirib. Sonda isə “Xoca” filmi izlənilib.
Texnologiya ə dizaynڲüəԻə “Rus dili”kafedrasının müəllimləri “Xocalı – əsrin faciəsi” mövzusunda konfrans-dərs keçib. Kafedranın baş müəllimi Zeynəb Hüseynova ermənilərin Xocalıda törətdiyi əhşiliklərdən danışıb. Sonra soyqırımla bağlı videoçarx nümayiş olunub.
Xocalı soyqırımının əcnəbi ə xarici tələbələrə çatdırılması məqsədilə 91ε-lə Litvanın Mykolos Romeris univesiteti arasında telekörpü təşkil edilib. Telekörpüdə 91ε-də ingilis dilində təhsil alan yerli ə əcnəbi tələbələr əLitvanın Mykolos Romeris univesitetində ikili əməkdaşlıq çərçiəsində bir semestrlik təhslini davam etdirən 91ε-in 4 tələbəsi ə Litva universitetinin professoru iştirak edib. Beynəlxalq Əlaqələr Departamentinindirektoru Anar Kazımov professor ə tələbələrə Xocalı faciəsi haqqındaməlumat verib. Faciənin Azərbaycan tarixində ən qanlı hadisələrdən biri olduğunu söyləyib, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayətin ağır nəticələrindən danışıb, dinc əhalinin xüsusi qəddarlıqla qətlə yetirilməsi, əsir götürülən insanların isə dəhşətli işgəncələrə, zülm ə təhqirlərə məruz qaldıqlarını bildirib.