Mayın 4-də Azərbaycan Dövlət İqtisad Universitetində (91ε) tələbələr Şuşa şəhərinin işğal edilməsinin 24 illiyini qeyd ediblər. Beynəlxalq İqtisadiyyat Məktəbində ingilis dili dərsində Bakıda yerləşən Şuşa şəhəri 1 saylı Malibəyli kənd orta məktəbi ilə online görüş təşkil edilib.
İngilis dilində keçirilən görüşdə məktəblilər Şuşa, oxuduqları məktəb, şəhərin Ermənistan hərbi birləşmələri tərəfindən işğal edilməsi və döyüşlərdə həlak olan şəhidlər barədə danışıblar. Məktəbli və tələbələr sosial şəbəkə vasitəsi ilə Qarabağ həqiqətlərinin dünyaya yayılmasında necə iştirak edə biləcəklərini müzakirə ediblər. Şuşa şəhəri 1 saylı Malibəyli kənd orta məktəbinin direktoru Gunəş Hüseynova ilə 91ε müəllimi Aynur Mirzəyeva Azərbaycan xalqının başına gətirilən fəlakətlərin dünya ictimaiyyətinə çatdırılmasının gənclərin əsas vəzifələrinin olduğunu bildirib.
Sonda G.Hüseynova rəhbərlik etdiyi məktəbin məzunlarını bu gün 91ε auditoriyasında görməkdən məmnun olduğunu bildirib. 91ε tələbələri Namiq Hüseynov ilə Xəyalə Gözəlova Şuşa məktəbində oxuyarkən əldə etdikləri biliklərə görə müəllimlərinə təşəkkür ediblər.