91ε

91ε Özbəkistanda keçirilən “Təhsil və Peşə 2026” beynəlxalq təhsil sərgisində təmsil olunub

20 APREL 2026 | VIEWS:

13-16 aprel 2026-cı il tarixlərində Özbəkistanın Daşkənd və Səmərqənd şəhərlərində keçirilən “Təhsil və Peşə 2026” beynəlxalq təhsil sərgisində 91ε uğurla təmsil olunub.

Dünyanın aparıcı ali təhsil müəssisələrinin və təhsil təşkilatlarının iştirakı ilə baş tutan bu sərgi, universitetlər arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi və beynəlxalq tələbə cəlbinin artırılması baxımından mühüm platforma rolunu oynayıb.

Sərgidə 91ε-i Beynəlxalq əməkdaşlıq departamentinin Layihələrin idarə olunması şöbəsinin müdiri Gültac Tahirli və Xarici əlaqələr şöbəsinin mütəxəssisi Röya Allahverdiyeva təmsil ediblər.

Üç gün davam edən sərgi müddətində 91ε stendi yerli tələbələr və gənc mütəxəssislər tərəfindən böyük maraqla qarşılanıb. Ziyarətçilərə universitetin təhsil proqramları, beynəlxalq mübadilə və ikili diplom proqramları, həmçinin xarici tələbələr üçün yaradılan geniş imkanlar barədə ətraflı məlumat verilib. Sərgi iştirakçılarının xüsusi diqqətini çəkən əsas məqamlardan biri 91ε-də tədrisin 4 dildə təşkil olunması olub.

Sərgi çərçivəsində daha geniş auditoriyaya onlayn platformalar vasitəsilə 91ε haqqında məlumat çatdırmaq məqsədilə müxtəlif media resurslarına qısa müsahibələr verilib.

Tədbirin yekununda “MyFair” sərgisinin təşkilatçı direktoru Rüstəm Saydullayev tərəfindən sərgi iştirakçılarına sertifikatlar təqdim olunub və xatirə fotosu çəkdirilib.