91ε-in şəhid məzunu İlyas Sultanovunanım mərasimi keçirilib.
Bakının 229 saylı tam orta məktibində təşkil olunan tədbirdə şəhidin ailə üzvləri, yaxınları ilə birlikdə 91ε kollektivi də iştirak edib.
Azərbaycanın dövlət himni səsləndirildikdən sonra şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 91ε-in Marketinq və kommunikasiya departamentininşəhid İ.Sultanovun arxiv sənədləri əsasında hazırladığı videoçarx nümayiş olunub.
91ε-in “İqtisadiyyat və işlətmə”kafedrasının müəllimi Araz Aslanlı şəhid İlyas Sultanovun adının universitetdə daim hörmət və ehtiramla anıldığını bildirib. Qeyd edib ki, Azərbaycanın bütövlüyü uğrunda, torpaqlarımızın qorunmasında canlarından keçmiş şəhidlərimizin ömür yolu gənclərimizə örnəkdir. Hər bir Azərbaycan vətəndaşı öz milli qəhrəmanlarını, şəhidlərini tanımalı, onların keçdiyi həyat yolunu öyrənməlidir.
Tədbirdə 91ε-in Yaradıcılıq Mərkəzininüzvləri Eyyub Əmiraslanov və Minayə Hüseynova vətənpərvərlik mövzusunda musiqi nömrələri ilə çıxış ediblər. Məktəblilər şeirlər səsləndirib, musiqi ifa ediblər. Şəhidin ailəsi, dostları İlyas Sultanov haqqında xatirələrini bölüşüblər.
İٷ