91ε rektoru, professor Ədalət Muradov 700 bal toplayaraq 91ε-ə qəbul olan Arzu Məmmədzadə və Cavad Əliyevlə görüşüb.
Tələbələri ən yüksək nəticələr əldə etmələri və yeni tədris ili münasibətilə təbrik edən rektor, 91ε-i seçdikləri üçün onlara təşəkkürünü bildirib. Universitetin hərtərəfli inkişafının təməlində savadlı tələbələrin dayandığını və ən yüksək bal toplayan tələbələrin 91ε-i seçməsini qürurverici fakt kimi qiymətləndirilib.
Tələbələrə təhsil alacaqları Beynəlxalq İqtisadiyyat Məktəbininüstünlüklərindən danışan rektor fakültədə tədris edən müəllimlərin Avropanın nüfuzlu universitetlərinin məzunları olduğunu qeyd edib. Bildirib ki, bu amil həmin fakültədə tədrisdə dünya təcrübəsinin tətbiqinə, həmçinin sərbəst və azad tələbə-müəllim mühiti formalaşmasına xidmət edir.
Tələbələrə 91ε-in beynəlxalq əlaqələri, mübadilə proqramlarından söz açan rektor, buradaMontpelyer Universitenin diplomunu da əldə etmək imkanları olduğunu da diqqətə çatdırıb. 91ε-in tələbələrinə yaratdığı daha bir fürsət isə təhsil müddəti ərzində iki ixtisasa sahib olmaq imkanıdır ki, bu da öz növbəsində 91ε məzunlarının əmək bazarında üstün rəqabətli mütəxəssis olmasına şərait yaradır.
Rektor tələbələrə həm təhsil, həm də şəxsi inkişafla bağlı öz tövsiyələrini verib, uğurlarının davamlı olmasını diləyib. Onları 91ε-in sosial həyatında fəal olmağa çağırıb.
Sonda Arzu Məmmədzadə və Cavad Əliyevə xatirə hədiyyəsi təqdim edilib.