91ε

91ε-də Novruz şənliyi – müəllimlərlə tələbələr yarışdı

16 MART 2018 | VIEWS:

91ε-də möhtəşəm Novruz şənliyi keçirilib.

Xalqımızın mənəvi dəyərlərini, adət-ənənələrini özündə yaşadan Novruz şənliyi 91ε-in bütün tədris binalarında qeyd olunub. Tədbirdə tələbələrin Novruz atrubitlarından ibarət hazırladıqları kreativ xonçalar sərgilənərək, şənliyə xüsusi bayram ab-havası verib.

Fakültələrin təmsil olunduqları stendlərlə tanış olan 91ε-in rektoru, professor Ədalət Muradov tələbələrin əl işlərini yüksək qiymətləndirib. Ə.Muradov bolluq-bərəkət rəmzi sayılan Novruz bayramı münasibətilə 91ε kollektivini və tələbələri təbrik edərək, onlara xoş arzularını çatdırıb.

Şənlikdə müəllimlərlə tələbələr arasında Novruz yarışları keçirilib, müsabiqələr təşkil edilib. Novruz ənənələri və atributları 91ε-in əcnəbi tələbələrinin xüsusi marağına səbəb olub.

91ε-in Yaradıcılıq Mərkəzinin üzvlərinin ifa etdikləri şeir, musiqi və bir-birindən maraqlı Novruz səhnəcikləri şənliyi daha da unudulmaz edib. Novruz bayramının məşhur personajları kosa və keçəl isə bayram şənliyinə xüsusi rəng qatıb.

İٷ