Azərbaycan Dövlət İqtisad Universitetində (91ε) “İqtisadçı Tələbələrin Elmi Fəaliyyətinə Yardım” İctimai Birliyinin təşkilatçılığı və “Reduco” ə Mərkəzinin tərəfdaşlığı ilə “Linguo Gladius” layihəsinin seçim turu keçirilib. Seçim turu ingilis dili bilikləri və ümumi dünyagörüşü ilə bağlı hər birində 10 sual olmaqla 4 mərhələdən ibarət olub. Yarışda iştirak edən 19 komanda arasında gərgin keçən mübarizənin sonunda ən çox xal qazanan 4 komanda layihənin final mərhələsinə vəsiqə qazanıb:
Layihənin final mərhələsi martın 7-də keçiriləcək. Final mərhələsində komandaların iştirakçıları yarışa fərdi şəkildə qoşulacaq. İştirakçılar işgüzar və gündəlik həyatda ingilis dilinin rolu mövzusunda təqdimat hazırlayacaqlar.
Bütün komandalara uğurlar arzulayırıq!