Martın 16-da Azərbaycan Dövlət İqtisad Universitetində (91ε) “Əlilliyi olan şəxslərin Azərbaycan ali təhsil müəssisələrinə inteqrasiyasının təməlinin qoyulması” TEMPUS (ESFIDIP) adlı layihəsi çərçivəsində 91ε-də yaradılan “Əlilliyi olan Tələbələr üçün Mərkəzdə” həyata keçirilməsi nəzərdə tutulan pilot proqlamlarda iştirak edəcək 91ε-in əlilliyi olan tələbələrinin tədris prosesində iştirak edən professor-müəllim heyəti üçün, həmçinin inzibati işçilərin iştiraki ilə təlim-seminar keçirilib.
91ε rektoru, professor Ədalər Muradovla görüşdə Əlillər Təşkilatları İttifaqının prezidenti Davud Rəhimli və vitse-prezidenti Bəybala İbadullayev əlilliyi olan tələbələrin ali təhsilə inteqrasiyasının vacib olması və 91ε tərəfindən bu istiqamətdə zəruri olan bütün tədbirlərin həyata keçirildiyi qeyd edilib. Bu sahədə maarifləndirmə işlərinin aparılması, tələbələrin təhsillərini başa vurduqdan sonra karyera perspektivlərinin inkişaf etdirilməsi müzakirə olunub. Ə.Muradov 91ε-də digər ali təhsil müəssisələri nümayəndələri üçün də analoji təlimlərin təşkil edilməsini təklif edib. Bildirib ki, 91ε bu istiqamətdə regionlarda da təlimlər apara bilər.
Seminar tədbirdə isə əsasən layihə çərçivəsində görülən işlərdən, eləcə də 91ε-də təhsil alan əlilliyi olan tələbələrə universitetin təhsil və xidmətlərindən bərabər hüquqlu istifadə etmələri üçün xidmət və dəstəkdən, onlara göstərilən xidmətlərin yaxşılaşdırılması üçün bütün strukturları ilə, eləcə də professor-müəllim heyəti, tələbələrlə əməkdaşlıq çərçivəsində universitetdə inkluziv təhsil mühitinin yaradılması müzakirə olunub.