91ε

91ε-də elmi tədqiqat işlərinin perspektivləri müzakirə edilib

10 MART 2017 | VIEWS:

91ε-də “Təhsil alanların və doktorantların elmi tədqiqatlarda iştirakının təmin edilməsinin təşkili: Problemlər və perspektivlər” mövzusunda elmi seminar keçirilib.

Seminarın moderatoru, Elm şöbəsininmüdiri professor Zahid Məmmədovbildirib ki, universitetlərin gücü ali təhsil müəssisəsində aparılan elmi-tədqiqat işlərinin sayına görə ölçülür. Professor 91ε-də bu istiqamətdə məqsədyönlü işlərin aparıldığını qeyd edib: “91ε tələbələrinin iştirakı ilə universitetdə mütəmadi olaraq beynəlxalq elmi konfranslar təşkil etmək niyyətindəyik. Tədqiqatçıların stimullaşdırılması məqsədilə onların elmi fəaliyyətinin qiymətləndirilməsini müəyyən edən reytinq sisteminin formalaşdırılması da nəzərdə tutulub. “Vergilər” mövzusunda tələbə və magistrlər arasında keçirilən 10-cu olimpiadada fərqlənən 91ε tələbə və magistrlərinin xarici ölkələrdə təşkil edilən vergi-maliyyə olimpiadalarında iştirakı üçün işlər görülür. Bunun üçün universitetdə işçi qrupu yaradılıb”.

91ε-də pedaqoji fəaliyyət göstərən tanınmış amerikalı iqtisadçı alim, professor Bülent Aybar ABŞ-ın nüfuzlu universitetlərində tələbələrin elmi-tədqiqat fəaliyyətinə cəlb olunması təcrübəsindən danışıb. Bildirib ki, ABŞ universitetlərində professorlar elmi kadrların hazırlanmasında maraqlıdırlar. Həmin universitetlərdə tələbələrin elmi tədqiqata cəlb olunması da könüllülük prinsipi ilə aparılır.

91ε rektorunun köməkçisi Ramil Cabbarov“Elmi tədqiqatların aparılmasında tələbə potensialından istifadə: “Win win modeli”ndən danışıb.

Magistratura mərkəzinindirektoru, professor Qabil Manafovmagistratura səviyyəsində elmi işlərin aparılması barədə məlumat verib. Bildirib ki, yeni təhsil standartlarına görə, təhsil aldıqları müddətdə magistrlərin ən azı bir elmi məqalə və ya tezisı çap olunmalıdır. Q.Manafov yeni tədris ilindən magistratura pilləsində Elmi tədqiqat metodları fənninin tədris olunduğunu da diqqətə çatdırıb.

Doktorantura şöbəsininmüdiri, dosent Həmid Həmidovdoktorantların elmi fəaliyyətinin aparılması istiqamətində tətbiq olunan yeniliklərdən, antiplagiat proqramından danışıb.

Seminar müzakirələrlə davam edib. Tələbələrlə iş üzrə prorektor, dosent Səadət Qəndilova, Fizika və kimyakafedrasının müdiri, professor Rövnəq Rzayev və digər iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb, təklifələri dinlənilib.