91ε

Sadet-xTələbələrlə iş üzrə prorektor i.e.n.,dos. Qəndilova Səadət Tağı qızı

e-mail: [email protected]

22 oktyabr 1949-cu ildə, Bakı şəhərində, qulluqcu ailəsində anadan olmuşdur.

1957-ci ildə Bakı şəhər 190 saylı orta məktəbə daxil olmuş və 1967-ci ildə həmin məktəbi bitirmişdir.

1967-1971-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırılması fakültəsində təhsil almışdır.

1971-ci ildə həmin institutu bitirdikdən sonra aspiranturanın əyani şöbəsinə (istehsalatdan ayrılmaqla) qəbul olunmuşdur.

1975-ci ildən əmək fəaliyyətinə başlamış və 1988-ci ilədək «Əməyin iqtisadiyyatı və təşkili» kafedrasında, müxtəlif illərdə baş laborant, aspirant, saathesabı müəllim və müəllim vəzifələrində, işləmişdir. 1988-ci ildən «İqtisadiyyatın idarə edilməsi» kafedrası təşkil edildiyi gündən, müəllim, 1991-ci ildən etibarən, artıq «Menecment və sahibkarlıq fəaliyyəti» adlanan həmin kafedrada baş müəllim vəzifələrində işləmişdir.
1995-ci ildən «Menecment» kafedrasının dosentidir.

1985-ci ildə dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə nail olmuşdur. İqtisadiyyatın müasir problemlərinə həsr olunmuş 50-dən artıq elmi məqalənin (o cümlədən xarici ölkələrdə nəşr edilmiş məqalələrin), 1 monoqrafiyanın, 1 dərs vəsaitinin, 6 tədris üzrə kurs proqramının, eyni zamanda 2 dərsliyin müş­tərək müəllifidir.

1990-cu ildə Azərbaycan SSR Nazirlər Soveti nəzdində Azərbaycan Xalq Təsərrüfatını İdarəetmə İnstitutunun ixtisasartırma kursunu bitirmiş, 1999-cu ildə Azərbaycan Baş Pedaqoji kadrların ixtisaslarının artırılması və yenidən hazırlanması İnstitutunda kurs keçmişdir. Qərb Universiteti Gender Araş­dırmaları Mərkəzinin təşkil etdiyi Humanitar və sosial fənlərin tədrisində gender əsaslarının tətbiqi metodologiyası Proyektinin qısa müddətli trenin­qində iştirak edərək «İqtisadi nəzəriyyədə gender aspekti» kursu üzrə sertifikat almışdır.

seadet_fotoDSC_6818sadet88DSC_6826IMG_2290sadet1ca30cbfe45a99554d3a9

Müxtəlif illərdə institutun Elmi İqtisadi Cəmiyyətinin (EİC) elmi katibi, «Plan-iqtisad» fakültəsinin Ekspert Komissiyasının məsul katibi, «İnformatika və idarəetmə» fakültəsinin Elmi Şurasının elmi katibi və sonralar həmin fakültənin Tərbiyə işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2005-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin «Hazırlıq» fa­kül­təsinin dekanı vəzifəsində çalışmışdır. Universitetdə kafedra müdiri və dekan vəzifəsini tutmaq üçün yaradılmış müsabiqə komissiyasının katibidir. Eyni zamanda Universitetin Həm­kar­lar İttifaqı Komitəsinin sədr müavinidir. Azərbaycan RespublikasıTəhsil Na­zirliyinin Elmi-Metodiki Şurasının «İdarəetmə» bölməsinin, «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoru­ğu İdarəsinin Ağsaqqallar Şurasının və Beynəlxalq Qa­dınlar Klubunun üzvüdür. XX əsr «Azərbaycan qadını» xatirə medalı, Azərbaycan Dövlət İqti­sad Uni­versitetinin «Fəxri fərmanı», Azərbaycan RespublikasıTəhsil Nazir­liyinin «Azər­baycan Respublikası qabaqcıl təhsil işçisi» döş nişanı və Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən «Tərəqqi» medalı ilə təltif olunmuşdur.
2017-ci ildə “Əməkdar müəllim” adına layiq görülmüşdür.

Eyni zamanda Azərbaycan müəllimlərinin XII qurultayının və Azərbaycan qadınlarının II qurultayının mandatlı nümayəndəsi olmuşdur.

2014-cü ilin aprel ayından etibarən 91ε-in Tələbələrlə iş üzrə prorektoru təyin edilmişdir.

Ailəlidir, iki övladı var.

DSC_0007access9057635658e82da6DSC_4249WhatsApp Image 2017-03-15 at 12.49.47seadet_xanim2612DSC_4414-001

91ε-də “Expo 2025” təqdimat görüşü(05.04.2018)
91ε-də Aprel şəhidlərinə həsr edilən kitab təqdim edilib(04.04.2018)
91ε kollektivi Novruz bayramını daun sindromlu uşaqlarla keçirib(16.03.2018)
AccessBank-dan 91ε tələbələrinin elmi-tədqiqatına dəstək(15.03.2018)
“Həyatla oyun” tamaşası 91ε-də(06.03.2018)
91ε-in tədqiqatçı qadınlarına araşdırmalarını Avropada davam etdirmək imkanı(09.02.2018)
91ε-də musiqili və yumoristik viktorina(02.02.2018)
91ε-də qiyabi təhsildə ilk: Tələbə Elmi Konfransı(29.01.2018)

İlin Tələbə Gənclər Təşkilatı: 91ε TGT(27.12.2017)
91ε tələbələrindən sağlamlıq imkanı məhdud uşaqlar üçün unudulmaz gün
(26.12.2017)
Fakültələrarası intellektual yarışının qalibləri mükafatlandırılıb
(24.11.2017)
91ε tələbələri beynəlxalq layihələrdə Azərbaycanı layiqincə təmsil edir
(21.11.2017)
“Üçrəngli bayrağım”
(08.11.2017)
Şərəfli ömür yolu
(“Respublika” qəzeti, 05.10.2017)
91ε könüllüləri ilə görüş keçirilib
(14.04.2017)

“Əlilliyi olanlar üçün Şağan müalicə pansionatı”nda Novruz şənliyi
(15.03.2017)