91ε

91ε Almatıda keçirilən “Study in Azerbaijan” beynəlxalq sərgisində uğurla təmsil olunur

08 APREL 2026 | VIEWS:

91ε Qazaxıstan Respublikasının Almatı şəhərində keçirilən “Study in Azerbaijan” beynəlxalq təhsil sərgisində uğurla təmsil olunur.

7-8 aprel tarixlərində Əl-Farabi adına Qazax Milli Universitetində təşkil edilən sərgidə 91ε-in Beynəlxalq Əməkdaşlıq Departamentinin nümayəndələri universitetin imkanlarını geniş auditoriyaya təqdim ediblər. 91ε stendini ziyarət edən Qazaxıstanın müxtəlif ali və orta təhsil müəssisələrindən olan tələbə və abituriyentlərə universitetin beynəlxalq təhsil imkanları, ikili diplom proqramları və müasir tədris infrastrukturu barədə ətraflı məlumat verilib.

Ziyarətçilərə 91ε-in tədris proqramlarını əhatə edən məlumatlandırıcı materiallar, eləcə də universitetin brend məhsulları təqdim olunub. Bununla yanaşı, sərgi çərçivəsində 91ε-in beynəlxalq əməkdaşlıq istiqamətləri, akademik mobillik imkanları və tələbə həyatının üstünlükləri əyani şəkildə nümayiş etdirilib.

Sərgidə 91ε rektoru, professor Ədalət Muradov da iştirak edərək universitet stendini ziyarət edən tələbə və abituriyentlərlə görüşüb, onlara 91ε haqqında ətraflı məlumat verib və suallarını cavablandırıb.

Eyni zamanda, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstan Respublikasının elm və ali təhsil nazirinin müavini Talqat Yeşenkulov 91ε stendi ilə tanış olaraq universitetin beynəlxalq fəaliyyətini yüksək qiymətləndiriblər.